Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır. Əlif Şəfəq
Əqli-kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən, üstündə yağış yağmış xam torpaq kimi canlanar. Əbül Fərəc
Əsl dostlar, "iki bədəndə bir qəlb" olanlardı. Mişel de Monten
Qəlb dünya arzularından birinə bağlı qaldığı və keçici ləzzətlərdən birinin arxasına ilişib getdiyi müddətcə, mümkün deyil, axirəti sevə bilməz. Əbdülqədir Geylani
Qəlb o zaman geniş olur ki, orada hər yetənə yer olmasın. Əbu Turxan
Qəlb saleh olanda daimi zikr əldə edilər və qəlbin hər tərəfinə Haqqın zikri yazılar. Belə bir qəlbin sahibinin gözləri yata bilər, amma ürəyi Rəbbini zikr edər. Əbdülqədir Geylani
Qəlb sirrə, sirr də Haqqa etimad edərək sakitlik tapar. Əbdülqədir Geylani
Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. Henri Lonqfello
Təmiz bir qəlb dillərin dağıtdığını düzəldər. Homer
Üç günə səninlə canbir qəlb olmağı bacaranlar ola bilər. Amma illərdir yanında yaşayan insan sənin hansı rəngi sevdiyini belə bilməz. Erix Mariya Remark