Eşqin eynəkləri elə çəhrayıdır ki, misi qızıl, yoxluğu varlıq, gözdəki çapığı inci kimi göstərər. Miqel de Servantes
Ey gördüyü gözələ ilişib qalan adam! Onun surətini görür, mənasından, yəni, əxlaqının gözəlmi, çirkinmi olduğundan qafil olursan. Əgər ağıllı bir adamsansa sədəfdəki incini tap. Mövlana Cəlaləddin Rumi
Türk qadınlarının ən böyük bəzəyi Türk olmaqlarıdır. Onlar bəzənmək üçün almaz və ya zümrüd geyinmirlər, bəlkə üzərlərində daşıdıqları o daşları bəzəmiş və qiymətləndirmiş olurlar. Çünki hər Türk qadını canlı bir inci və qiymətsiz bir brilyantdır. Lady Mary Vortley Montagu