Hindistan
Cənubi Asiyada federal dövlət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ah,dostlar! Bir özünüz fikirləşin: Hindistana gedirsiniz, amma sonda Çilidə peyda olursunuz, ispan dilini öyrənirsiniz, amma portuqaliya dilində danışırsınız!..Yox, belə olmaz! Əgər belə getsə, bir də gördünüz ki, pəncərədən siqaret əvəzinə özümü atmışam! Jül Vern
BRedaktə
- Britaniya öz rifahına nail olmaq üçün planetin yarısının resurslarından istifadə etmişdir. Hindistanın eyni səviyyəli rifaha çatması üçün nə qədər planet lazımdır? Mahatma Qandi
- Bu gün işə müraciət edərkən nə düşünürsünüzsə, əmin ola bilərsiniz ki, işəgötürən bunu soruşur: Bu insan hər saat, hər gün Hindistandakı bir işçidən, robotdan və ya kompüterdən daha çox dəyər əlavə edə bilərmi? O, təkcə bu gün işi görməklə deyil, həm də sabah üçün işi yenidən kəşf etməklə mənim şirkətimə uyğunlaşmağa kömək edə bilərmi? Tomas Fridman
DRedaktə
- Doğma torpağımı bütün qızılları ilə zəngin Peruya dəyişməzdim . Mənim əlimdə Şərq və Qərbi Hindistandan daha nəcib bir mükafat var. İsak Vots
ƏRedaktə
- Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar
HRedaktə
- Hindistan elə bir ölkədir ki, adamı cinayətdə ittiham etmək istəsən, dəlillərin hamısını cənazə ilə birgə 54 rupiyə ala bilərsən.[1] Redyard Kiplinq
- Hindistan film mükafatlarının etibarlılığı yoxdur. Əmir Xan
- Hindistan coğrafi bir termindir. Onu millət adlandırmaq, ekvatoru millət adlandırmaq kimi bir şeydir. Uinston Çörçill
- Hindistanda iki milyon allah var və onların hamısına hörmət edirlər. Dini cəhətdən bütün ölkələr kasıbdır, yalnız Hindistan milyonerdir. Mark Tven
- Hindistanın fəlsəfə tarixində məşhur deyim, Satyameva jayate’ dir: “Kim məğlub olursa olsun, həqiqət qazanmalıdır.” Bu, bir dəyərsizlik kompleksindən ortaya çıxmır, üstün bir zəkadan doğur. Oşo
MRedaktə
- Mən Hindistana bağlıyam və hər şey üçün ona borcluyam... Hindistana olan duyğularımı həyat yoldaşıma olan hisslərimlə bərabərləşdirib aydın ifadə edə bilmirəm. Dünyada heç bir qadın məni onun kimi həyəcanlandırmır. Ona görə yox ki, o mükəmməldir. Deyə bilərəm ki, onun qüsurları hətta mən gördüyümdən də çoxdur. Amma burada bir qırılmazlıq, bağlılıq hissi var. Bu hiss bütün səhvləri və məhdudiyyətləri ilə birlikdə induizmə də aiddir. Mahatma Qandi
PRedaktə
- Pakistandan kimsə Hindistana cihad etmək üçün gedirsə ... Kəşmirilərə qarşı haqsızlıq edən ilk şəxs olacaq, Kəşmirilərə düşmən olacaq. İmran Xan
TRedaktə
- Təbriz böyük şəhərdir... Başqa şəhərlər və qalalar da çoxdur... Təbriz əhalisi ticarət və sənətkarlıqla məşğul olur, burada çox bahalı zərxara və ipək parçalar toxunur... Təbriz yaxşı yerdədir; buraya Hindistandan, Bağdaddan, Mosuldan... və bir çox başqa yerlərdən əmtəə gətirirlər; buraya Şərq əmtəələri almaq üçün avropalı tacirlər, xüsusilə genuyalılar gəlirlər... Buradan qiymətli daş-qaş da alınır. Daş-qaş burada boldur. Buraya gələn tacirlər çox böyük qazanc əldə edirlər... Şəhər çoxlu dadlı meyvəsi olan gözəl bağlarla əhatə olunmuşdur. Marko Polo
İstinadlarRedaktə
- ↑ Xəzinə.Bakı,1997. səh.147