Redyard Kiplinq
Cozef Redyard Kiplinq (ing. Joseph Rudyard Kipling; 30 dekabr 1865, Bombey – 18 yanvar 1936, London) — ingilis yazıçısı, şairi və novellaçısı, Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis (1907)
Redyard Kiplinq | |||
Doğum tarixi | 30 dekabr 1865 | ||
Doğum yeri | Mumbay | ||
Vəfat tarixi | 18 yanvar 1936 | ||
Vəfat yeri | London | ||
Dəfn yeri | Vestminster abbatlığı, Qolders-Qrin krematoriyası | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah hər yerdə ola bilməz, ona görə anaları yaradıb.
- Asiya Qərb üsullarından istifadə edərək sivilləşdirilə bilməz. Asiya həddən artıq çoxdur və çox köhnədir.
B
redaktə- Bəşəriyyətə xidmət edən ən güclü dərmanlar sözlərdir.
- Bu dünya ildə üç yüz lirəyə özünü şeytana satacaq insanlarla doludur.
- Bu müharibədə orta yol yoxdur. Davamımızın ədalətinə şübhə etdiyimiz kimi, son qələbəmizə də şübhə etmirik. Məğlub olmağımız ağlasığmazdır, çünki uğursuzluğa düçar olsaq, bütün dünya üzərində azadlıq işıqları sönər. Onlar qərb yarımkürəsində bir az parıldaya bilər, lakin dəniz və quru yolu ilə dünyanın yarısına hökmranlıq edən Almaniya, şübhəsiz ki, indiyədək bəşəriyyətin üzərində parıldadıqları hər rübdə onları söndürəcək, beləliklə, hətta azadlıq ənənələri belə yaddaşlardan silinəcək. Vəzifəmizi yerinə yetirsək, uğursuzluğa düçar olmayacağıq.
C
redaktə- Cahillikdən böyük səhv/cinayət yoxdur.
- Cəsarət qorxmaq deyil, qorxuya hakim olmaqdır.
D
redaktə- Dörd şey hər şeydən üstündür: Qadınlar, Atlar, Güc və Müharibə.
E
redaktə- Eşitmək başqa, əmin olmaq başqa şeydir.
Ə
redaktə- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan.
- Əgər sən sadə gözəlliyə sahibsənsə və başqa heç nəyə malik deyilsənsə, Allahın ən yaxşı yaratdığı hər şeyə sahibsən.
- Əsl kişi hər qadını fəth edə bilən deyil, eyni qadını təkrar-təkrar fəth edə biləndir.
G
redaktə- Gənc öz peşəsində üstün olmaq istəyirsə, gənc qızları ürəyindən uzaq tutmalıdır.
H
redaktə- Heç bir qatır atasının eşşək olduğunu xatırlatmağı xoşlamır.
- Həqiqət müharibənin ilk qurbanıdır.
- Həyatda uğurlu olanlar özlərinə lazım olan məlumatları öyrənməkdə geri qalmazlar və hadisələrin səbəblərini həmişə araşdırarlar.
- Hindistan elə bir ölkədir ki, adamı cinayətdə ittiham etmək istəsən, dəlillərin hamısını cənazə ilə birgə 54 rupiyə ala bilərsən.[1]
K
redaktə- Kişi maaşından çox yaxşı bir iş görəndə, onun uğurunun sirrinin arxasında hər on qadından doqquzu durur.
- Kişilər üç qadını xatırlayırlar: birincini, sonuncunu və birini.
- Kiminsə qəlbini qırıb sonra könlünü almaq, qabı qırıb onu təkrar yapışdırmaqdır. Amma onlar heç vaxt əvvəlki hala gəlməyəcəklər.
Q
redaktə- Qadının hissiyyatı kişinin möhkəmliyindən daha dəqiqdir.
- Qadın qavrayış qabiliyyəti kişi inamından daha böyük dəqiqliyə malikdir.
- Qadının təxminləri kişinin əminliyindən daha doğrudur.
- Qadınlar haqqında bildiyim hər şeyi bir qadından öyrənmişəm.
- Qadınlara güvənmək istəyən, necə deyərlər, bataqlıqda gəzmək istəyir.
- Qadınların ən axmaqları ağıllı bir kişinin öhdəsindən gələ bilər, amma bir qadının bir əclafı idarə etmək üçün çox bacarıqlı olması lazımdır.
M
redaktə- Mənim 6 sadiq nökərim var, mən hər şeyimi onlara borcluyam. Onların adı: Kim? Niyə? Nə vaxt? Nə? Harada? və necə?
- Müvəffəqiyyətsizlik üçün qırx milyon səbəb vardır, amma bir tək üzr belə yoxdur.
N
redaktə- Nəzakət üçün çox ixtiraçılıq sərf etməyin.
- Növün dişiləri erkəklərdən daha təhlükəlidir.
O
redaktə- Oh, şərq şərqdir, qərb isə qərbdir və onlar bir-biri ilə görüşməyəcəklər.
P
redaktə- Pis günlər gəldi, amma sona qədər dözməyi bacardıqca keçəcəklər.
- Problemləri, təbiət diktə edirsə, borc alın, amma qonşunuza borc verməyin.
S
redaktə- Səhv istiqamətdə hərəkət ediriksə, çapmağın nə mənası var?
Ş
redaktə- Şərq Şərqdir, Qərb isə Qərbdir və onlar heç vaxt görüşməyəcəklər.
T
redaktə- Tarix nağıl şəklində tədris edilsəydi, heç vaxt unudulmazdı.
- Təhsil ən böyük dəyərdir, ancaq birinci dərəcəlidir, əks halda faydasız olacaq.
- Tək səyahət edəndən daha sürətli səyahət edir.
U
redaktə- Uğursuzluq üçün qırx milyon səbəbimiz var, ancaq bir bəhanəmiz yoxdur.
- Uşağın həyatının ilk beş ilini mənə verin, qalanı da sizdə olacaq.
İstinadlar
redaktə- ↑ Xəzinə. Bakı,1997. səh.147