A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


H redaktə

  • Həmişə deyirəm, insan ol və insanlığı təbliğ et . Humanitar xidmətimə dörd prinsipə ciddi riayət etməklə başladım: həqiqət, sadəlik, çalışqanlıq və dəqiqlik, təkrar edirəm, insan olun, insanlığı təbliğ edin və insanlığı qəbul edin. Əbdül Səttar Ədhi
  • Humanitar elm adamları təbiət alimlərinin məlumatsızlığından şikayətlənirlər, lakin termodinamikanın ikinci qanununun nədən ibarət olduğuna cavab verə bilmirlər. Anri Puankare

M redaktə

  • Mən xristianlığı ittiham edirəm. Mən xristian kilsəsinə qarşı ittihamçının indiyə qədər irəi sürdüyü ittihamdan daha dəhşətli bir ittiham irəli sürürəm. Mənim fikrimcə, bu, mümkün olan təhriflərdən ən böyüyüdür. O, mümkün olan ən son pozğunluq iradəsi idi. Xristian kilsəsi öz cadusu ilə toxunulmamış bir şey qoymadı, hər bir dəyəri qiymətdən saldı, hər bir həqiqəti yalana, hər bir düzgünlüyü ruhi alçaqlığa çevirdi. Hələ o, “humanitar” xeyir-dualar haqqında danışmağa da cürət edir. Fridrix Nitsşe
  • Məncə indiki humanitar yardımlar belədir: Üzü çox olanlar üzsüzlərə üz verir. Paulo Koelyo

U redaktə

  • Uşaqlarım məndən soruşanda ki, nəyi öyrənsələr yaxşıdır, mən həmişə deyirəm ki, humanitar elmlər sahəsində mükəmməl təhsil almaq lazımdır. Mən tarixin öyrənilməsinə böyük əhəmiyyət versəm də, şəxsən mənim ünün uşaqlarımın ABŞ-da Vətəndaş müharibəsi döyüşlərinin bütün yerlərini və tarixlərini yadda saxlayıb-saxlamadıqlarının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar mükəmməl şəkildə şifahi və yazılı nitqə yiyələnsinlər. Li Jakkoka

İstinadlar redaktə