Anacan, indi ərsiz yaşamaq elə ərli yaşamaq kimidir. Kilsənin xeyir-duasına isə gülürlər. Biz bir kolluğa girib elə orada da işi bitiririk, vəssalam. Onlar bunu qeyri-dini kəbin adlandırırlar. Saltıkov-Şedrin
Qadın şərəfinin birinci şərti kişilərlə kəbinsiz bir yerdə yaşamamaqdan ibarətdir. Səbəb isə kişiləri təslim edib nikah bağlamağa məcbur etməkdir. Artur Şopenhauer
Qarşılıqlı sevgiyə əsaslanan ər-arvad ittifaqı tama çevrilmiş birliyi əmələ gətirir; əgər bu, cehiz və ya nəslin davamı üçün bağlanırsa, onda əlaqələnmiş hissələrdən ibarətdir; əgər ki, yalnız ona görə ki, bir yerdə yatsınlar, onda uyğunlaşmış hissələrdən ibarətdirlər və belə kəbini birgə həyat yox, bir damın altında, yaşamaq hesab etmək daha doğrudur. Plutarx