A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqalarının tövsiyəsi ilə kor-koranə evlənmək cəhənnəm əzablarına razılaşmağa oxşayır Artur Şopenhauer:Alman filosofu
  • Bəşəriyyətin mənəvi təkamülü inkişaf etdikcə, mənə bir daha aydın olur ki, həqiqi dindarlığa gedən yol həyat, ölüm qorxusundan və ya kor-koranə inamdan yox, rasional biliyə səy göstərməkdən ibarətdir. Albert Eynşteyn
  • Bilərəkdən və könüllü surətdə yalan danışmaq zorən kor-koranə doğrunu deməkdən yaxşıdır – Platon bu yerdə haqlıdır. Hərçənd ki, qəbul olunmuş qiymətləndirmə meyarı tamam başqa cürdür: həqiqəti söyləyən insan daha çox rahatlıq tapır. Fridrix Nitsşe
  • Bir çox insanda, bir şeyə qarşı inancsızlıq, bir başqa şeyə kor-koranə inanışdan doğulur. Qeorq Kristof Lixtenberq
  • Cəmiyyətin iki düşməni var. Bunlardan biri qanunları tapdalayanlar, digəri qanunları kor-koranə tətbiq edənlərdir.[1] Alfred Kapus
  • Xoşbəxtliyi görməmək nə qədər kədərli olsa da, başqa birinin əlini uzatsa çata biləcəyi xoşbəxtliyi kor-koranə axtarmasını görmək isə daha acınacaqlıdır! Teodor Drayzer
  • Həm hipnoz edəbilmə və edilebilmə tamamən kor-koranə itaətlə əlaqədar vəziyyətlərdir. Alfred Adler
  • Hər kəsin söylədiyinə kor-koranə inanmaq cahillikdir.[2] İbn Sina
  • İctimai rəy elə bir məhkəmə instansiyasıdır ki, ağlı başında olan adam nə onun hökmlərinə kor-koranə inanmalıdır, nə də birdəfəlik təkzib etməlidir. Nikola Şamfor
  • Kor-koranə təhsil institutlarına inanmayın. Onlar təhsil planları qurarkən, sistem köhnəlir və bəzən parçalanmağa çatır. Təqib etmək əvəzinə, liderlik edərək insanların hörmətini qazanın və öyrənin. Culian Smit
  • Taleyə kor-koranə inananlar heç nəyə nail olmurlar. Çanakya
  • Üç min ilin hesabını görməyən qaranlıqda yolunu tapa bilməz, kor-koranə yaşar ancaq! Yohann Volfqanq Göte
  • Vaxt gələcək, biz bütün ümidlərimizdən bircə-bircə əl çəkməyə məcbur olacağıq. Məhz onda başa düşəcəyik ki, bir vaxtlar kor-koranə bel bağladığımız ümidlər əslində həyatımıza daha çox əzab və çətinlik gətirən illüziyalardan başqa bir şey deyilmiş. Ziqmund Freyd

İstinadlar

redaktə
  1. Aforizmlər. Bakı, 2013. səh.34.
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014