Libas
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır. Mövlana Cəlaləddin Rumi
B
redaktə- Bədən ruhun libasına bənzəyər. Mövlana Cəlaləddin Rumi
- Biçimsiz bir libası biçimli geymək hünərdir. Azərbaycan atalar sözləri/B
- Bilən bir söz deyər, amma düz deyər.
- Bir ideya min bir hadisə libasında üzə çıxır. Əbu Turxan
E
redaktəƏ
redaktə- Əgər insan ona yad, məsələn, incəsənətlə məşğul olub rəssam ola bilmirsə, sonda məmur olur. Elmin, teatrın, rəssamlığın ətrafında məmur libası geyinib parazitlik edən nə qədər belə insan var! Həyatı anlamayan, ona uyğunlaşmayan adam üçün də eyni hallar baş verir və belə adamın məmur olmaqdan başqa çarəsi qalmır. Anton Çexov
- Əgər qara rəng onun sarışın saçlarına yaraşmasaydı, matəm çoxdan bitmiş və bütün bu qara libaslar zibilxanaya atılmış olardı. Rəşad Nuri Güntəkin
- Əxlaq gözəllik libasında meydana çıxmalıdır. Georq Vilhelm Fridrix Hegel
- Əxlaqsızlıq həmişə əxlaq libasına bürünməyi xoşlayır. Fridrix Nitsşe
F
redaktə- Fikir üçün libas auditoriyaya uyğun seçilməlidir. Tur Xander
H
redaktə- Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün. Mişel de Monten
- Hər bir əməl bizim özümüzü yaradır, bizim üçün rəngarəng libas toxuyur. Hər bir əməl azad olsa da, amma libas da zəruridir. Həyəcanımız bizim libasımızdır. Fridrix Nitsşe
N
redaktə- Nə qədər insan gördüm ki, əynində libası yox, Mövlana Cəlaləddin Rumi
O
redaktə- Oğlum, ağlama, müdrik ol, həyatı dərk et... “Öz Yaradanının yanına qayıt” hökmü verilib... İlk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan gün yetişib... Əcəl çatdıqda onun bir an belə geci-tezi ola bilməz... Bu gün hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür... Nəsirəddin Tusi
R
redaktə- Ruhu zəif olanlar hər şeyi matəm libasında görür. Ruh üfüqlərini özü yaradır. Aleksandr Düma (ata)
Z
redaktə- Zəmanəmizin diqqətəlayiq hadisələrini nə hökmdarların zərli libası, nə də ruhanilərin qara əbası gizlədə bilməz. Karl Marks
İstinadlar
redaktə- ↑ Kamal Camalov. Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri. Bakı,2009