A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Müsəlman
  • Ailə planlaması, doğum idarəsi, heç bir müsəlman ailə belə bir anlayış tətbiq edə bilməz. Rəcəb Tayyib Ərdoğan
  • Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü. Heydər Əliyev
  • Biz müsəlman xalqlarının asılılıq, gerilik və yoxsulluq döngəsindən çıxmasını istəyirikmi?… O zaman bu məqsədə aparan yolu aydın göstərə bilərik: şəxsi həyatın bütün sahələrində, ailədə İslamın yaranması və cəmiyyət, İslam dini düşüncəsinin yenilənməsi və Mərakeşdən İndoneziyaya qədər vahid İslam icmasının yaradılması yolu ilə. Aliya İzzetbeqoviç
  • Biz nə Şərq, nə də Qərbik. Bizim sinəmizdə sərhədlər yoxdur. Biz azadıq: nə aypara, nə də xaçı arzu edirik. Nə Budda, nə də Məsihə yalvarır, nə müsəlman, nə də yəhudiyə nifrət edirik. Biz azadıq! Əmin ər-Reyhani
  • Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
  • Bizim sabiq "cəmiyyəti xeyriyyə" bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil… Həsən bəy Zərdabi
  • Bu səhv dinə məxsus olmağımız bizim bədbəxtçiliyimizdir. Niyə biz dindar adam üçün ən müqəddəs şeyin vətən uğrunda şəhid olmağın sayıldığı yapon dininə sahib deyilik? Müsəlman dini də insana səbirli olmağı məsləhət görən bu xaçpərəstlikdən daha münasib olardı.[1] Adolf Hitler
  • Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünyagörüşünü tamamilə dəyişdirə bilərik. Həsən bəy Zərdabi
  • Ey müsəlman qadın! Həzrəti-Fatimə (s.ə) sənin üçün nümunədir, ondan gözünü və könlünü ayırma! Ta ki, sənin də budaqların Hüseyn meyvəsi versin və gülüstan keçən mövsümü geri gətirsin. Mühəmməd İqbal
  • Əxlaq anlayışımız türk əxlaqından və müsəlman inancından ibarətdir. Alparslan Türkeş
  • Həqiqət biz bir-birimiz ilə xoruz-beçə kimi cəmaətin, ələlxüsus xaricilərin hüzurunda döyüşməmiz çox eyibdir. Bizim bədbəxt müsəlman taifəsi qeyrilərdən geridə qalıb xab-qəflətdən oyana bilmədiyinin bir böyük səbəbi də budur ki, biz öz nəfsimizi öldürə bilməyib qeyri vacibli işləri kənara qoyub bir-birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük. Bəsdir, belə məsləkdən əl çəkəlim. Həsən bəy Zərdabi
  • Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədir: Dil, din və zaman. Dilcə biz türküz, türklük milliyyətimizdir. Binaənileyh müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikiyyətimiz məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır. Dincə-müsəlmanız. Hər bir din öz mütədəyyinləri (inananları) arasında məxsusi bir təməddün (mədəniyyət) vücuda gətirmişdir ki, bu təməddün də bir beynəlmiləliyyət səbəbi təşkil edər. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətlərilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə ortaq bir təməddünə malikiz. Qəlblər bir Allaha mütəvəcce və dilimiz müəyyən virdlər (zikrlər) və dualarla mütəzəkkir olduğundan bütün müsəlmanlarla şərik bir ruha sahibiz. Bu şəriklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi mütəzərrər etdigi kibi, bu yolda olacaq islahat feyzlərindən (nemətlərindən) də bizi nəsibsiz qoymaz. Zamanca da biz texnikanın elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqa əsrimizdəki elmlər, fənnlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənasıyla zəmanə adamı olmalıyız. Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu iqtiza ediyor – mütləqa üç əsasa sarılmalıyız: Türkləşmək, İslamlaşmaq və müasirləşmək.[2] Məhəmməd Əmin Rəsulzadə
  • İnkar etmək olmaz ki, etik ideal üstəgəl müəyyən bir siyasət növü kimi qəbul edilən, yəni mən bu ifadə ilə hüquq sistemi ilə tənzimlənən və konkret etik idealla canlandırılan ictimai quruluşu nəzərdə tuturam — həyatda əsas formalaşdıran amil olmuşdur. Hindistan müsəlmanlarının tarixi. O, səpələnmiş fərdləri və qrupları tədricən birləşdirən və nəhayət onları özünəməxsus əxlaqi şüura malik olan yaxşı müəyyən edilmiş xalqa çevirən əsas duyğuları və sədaqətləri təmin etmişdir. Mühəmməd İqbal
  • İnsan nə kahin, nə əmir, nə də ki sultan kimi dünyaya gəlmiş, nə xrtistian, nə müsəlman, nə buddist, nə də ki məcusi kimi doğulmuşdur. İnsanları kölə edən şəriət qanunları, firqələrə ayıran dinlərdir. Bir insanın digərindən üstünlüyü yalnız ağlı, xilqəti, ədəbi və əxlaqı ilə mümkündür. Hər birimizə xaliqdən bir ləqəb verilib: o, əmir və sultanların titullarından daha şərəflidir. Bu, "insan" fəxri adıdır. Əmin ər-Reyhani
  • İslam dindir. Bu ideologiya deyil. Müsəlman üçün müasirliyə qarşı olmaq kimi bir şey yoxdur. Müsəlman niyə müasir insan olmamalıdır? Mən bir müsəlman olaraq dinimin bütün tələblərini yerinə yetirirəm və demokratik, sosial dövlətdə yaşayıram. Rəcəb Tayyib Ərdoğan
  • İslam çox vaxt hər hansı digər ənənələr kimi müxtəlif olduqda, müasirləşdiricilərdən ənənəçilərə qədər ardıcılları ilə monolit kimi qəbul edilir. Bəzi şərhçilər elə danışırlar ki, sanki İslam dünyası ərəb dünyası ilə az-çox eynidir, halbuki əslində müsəlmanların əksəriyyəti ərəb dilini bilmir. Ən sıx müsəlman ölkələri ərəb olmayan Asiyada — İndoneziyadan Cənub-Şərqi və Cənubi Asiyaya, Orta Asiyaya, İran və Türkiyəyə qədər, əlbəttə ki, həm Asiyada, həm də Avropadadır. Sub-Sahara Afrikasında çoxlu müsəlman ölkələri var və hər qitədə müsəlmanların böyük azlıqlarına rast gəlmək olar. Kofi Annan
  • İslam dini ilə qeyri-islam ictimai və siyasi qurumlar arasında sülh və ya birgəyaşayış yoxdur. Müsəlman ölkələrində bu qurumların fəaliyyət göstərməməsi və bu rejimlərin qeyri-sabitliyi, tez-tez dəyişikliklər və dövlət çevrilişləri ilə özünü büruzə verir, əksər hallarda onların İslama qarşı mövqeyi müxalifətinin nəticəsidir. Təkcə öz dünyasını nizama salmaq hüququnu iddia edən İslam, öz bölgəsində hər hansı yad ideologiyanın tətbiqi hüququnu və mümkünlüyünü açıq şəkildə istisna edir, ona görə də heç bir sadə prinsip yoxdur və dövlət dinin əxlaqi anlayışlarını əks etdirməli və dəstəkləməlidir. Aliya İzzetbeqoviç
  • İslam ən yaxşısıdır, amma biz müsəlmanlar ən yaxşısı deyilik. Qərb nə korlanmış, nə də tənəzzülə uğramışdır. Güclü, yaxşı təhsilli və təşkilatlıdır. Onların məktəbləri bizimkindən yaxşıdır. Onların şəhərləri bizimkindən daha təmizdir. Qərbdə insan hüquqlarına hörmət səviyyəsi daha yüksəkdir, yoxsullara və imkanları zəif olanlara qayğı daha yaxşı təşkil olunub. Qərblilər adətən sözlərində məsuliyyətli və dəqiqdirlər. Qərbə nifrət etməkdənsə, qarşıdurma əvəzinə əməkdaşlıq elan edək. Aliya İzzetbeqoviç
  • İslam nizamı ancaq müsəlmanların əhalinin əksəriyyətini təşkil etdiyi ölkələrdə bərqərar ola bilər. Əgər belə deyilsə, İslam nizamı sadəcə gücə çevrilir (çünki digər ünsür — İslam cəmiyyəti yoxdur) və zorakılığa çevrilə bilər. İslam dövlətində olan qeyri-müsəlman azlıqlar, sadiq olmaq şərti ilə, dini azadlıqdan və hər cür müdafiədən istifadə edirlər. Aliya İzzetbeqoviç
  • İslam nizamının ən qısa tərifi onu din və şəriət, tərbiyə və qüdrət, ideal və mənafe, mənəvi icma ilə dövlət, iradə və qüvvənin vəhdəti kimi təyin edir… İslam hakimiyyəti olmayan İslam cəmiyyəti natamam və qüdrətsizdir; İslam cəmiyyəti olmayan İslam hökuməti ya utopiya, ya da zorakılıqdır. Ümumiyyətlə, müsəlman tək fərd olaraq mövcud deyil. Müsəlman kimi yaşamaq və yaşamaq istəyirsə, bir mühit, bir cəmiyyət, bir sistem yaratmalıdır. Aliya İzzetbeqoviç
  • İslam — sülh deməkdir. Müsəlman isə Allaha təslim olmuş şəxs. Fəqət media bizi düşmən kimi göstərməyə çalışır. Məhəmməd Əli
  • Qarabağ İslam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə, şəhid hesab olunur.[3] Seyyid Əli Xameneyi
  • Mən beynəlxalq liderəm, ərəb rəhbərlərinin hökmdarı, Afrika krallarının kralı və müsəlmanların imamıyam. Və mənim beynəlxalq statusum mənə aşağı səviyyəyə enmək imkanı vermir. Müəmmər əl-Qəzzafi
  • Mən tamamilə açıq olacağam, bunlar sadəcə şayiələr deyil. Dinə qayıdış kommunizmin hökm sürdüyü bütün sahələrdə demək olar ki, ümumi bir hadisədir. Əlli-yetmiş il dini vəhşicəsinə sıxışdırıldı. Bosniyada sizin dediyiniz kimi islamlaşma var, amma eyni dərəcədə xristianlaşma da var, yəni Bosniya katolikləri və pravoslavları arasında dinə marağın qayıdışı. Amma xristian Avropa xristianlaşmanı qeydə almır, bu fenomenə həssas yanaşmır, mən bunu başa düşürəm və incimirəm. Sadəcə, sizi düzəltməliyəm, mənim tolerantlığım avropalı deyil, müsəlman mənşəlidir. Əgər dözümlüyəmsə, əvvəlcə müsəlman, sonra isə avropalıyam. Avropanın bəzi yanlış təsəvvürləri var ki, aşkar faktlara rəğmən ondan qurtula bilmir. Bosniyada, məsələn, bu müharibədə yüzlərlə kilsə və məscid dağıdılıb. Onların hamısını "avropalılar", heç birini bosniyalılar dağıdıb. Türkiyə hökuməti heç də "ipək kimi" deyildi, lakin bütün xristian xalqları və onların ən mühüm orta əsr abidələri beş yüz illik türk hökmranlığından sağ çıxdı. Bu bir faktdır. Belqradın yaxınlığında yerləşən məşhur Fruškogorsk monastırları 300 illik türk hökmranlığından sağ çıxsalar da, üç illik Avropa hökmranlığından da sağ çıxa bilməyiblər. İkinci Dünya Müharibəsi zamanı yandırıldılar. Faşizm və kommunizm Asiya deyil, Avropa məhsullarıdır. İndi də Avropa Balkanlarda faşizmin görünməsinə böyük həssaslıq göstərməyib. Mən Avropanı yüksək qiymətləndirirəm, lakin onun özü haqqında çox yüksək fikirdə olduğunu düşünürəm. Aliya İzzetbeqoviç
  • Müsəlman demək olar ki, onları kimin idarə etdiyinə əhəmiyyət vermir — qanunla tabe olmağa borcludur… Özünə aid olmayan heç bir şeylə, elminə, vərdişinə və əqidəsinə aid olmayan heç bir şeylə maraqlanmır — bu, ona yaddır və lazım deyil. Həyatın bütün halları, ağıl və ürəyin bütün sualları üçün təcrübə, tənqid və elmin köməyinə ehtiyac yoxdur — bütün bunlar əbədi Quranı əvəz edir, həyat və ölümlə bağlı bütün suallara əbədi olaraq dəyişməz cavablar və göstərişlər verir. İsmayıl Qaspıralı
  • …Müsəlman xalqların mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün "Kəmallüddövlə"ni yazmağa başladım.[4] Mirzə Fətəli Axundov
  • Müsəlman qadınını düşdüyü qapalı həyatdan çıxarmaq üçün tək bir yol var, o da yalnız məktəb və məktəbdir. Ancaq bu məktəbi elə təşkil və təchiz etmək lazımdır ki, müsəlmanlar ona hüsnü-rəğbətlə, xeyirxahlıqla yanaşsınlar və tam inamla qızlarını ora göndərsinlər. Hacı Zeynalabdin Tağıyev
  • Müsəlmanı söymək, təhqir etmək, ən pis günaha yol vermək deməkdir, onunla savaşmaqsa, əslində kafirlikdir. Məhəmməd peyğəmbər
  • Müsəlmanlar döyüşüb məğlub ola bilərlər, amma sonra yenə gəlib təkrar döyüşə bilərlər. İsrail isə yalnız bir dəfə məğlub ola bilər. Qolda Meir
  • …Müsəlman xalqların mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün "Kəmallüddövlə"ni yazmağa başladım.[5] Mirzə Fətəli Axundov
  • Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Heydər Əliyev
  • Müsəlman türklər Rusiyada özlərini əcnəbi saymırlar və rus xalqı ilə yaxınlaşmaqdan çəkinmirlər. İsmayıl Qaspıralı
  • Müsəlmanlar bizik, ölkə bizim, Çin və Ərəbistan bizim, Hindistan bizimdir. Qılıncların kölgəsi altında böyümüşük. Aypara qını dövlət gerbimizdir. Mühəmməd İqbal
  • Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə — qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[6] İmam Həsən
  • Təəccüblüsü budur ki, müsəlman gərək hamıdan təmiz olsun. Halbuki hamıdan natəmizdir. Adamı yandıran budur. Həqiqətən də belə olur, kar, kor, keçəl, qotur, azar-bezar müsəlmanın içindən əl çəkmir. Üzeyir Hacıbəyli
  • Yeni əlifba о qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illər tələb ədən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyirlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər?
    • 1857-ci ildə Qafqaz canişini dəftərxanasının direktoruna yazdığı məruzəsində hazırladıgı yeni əlifbası haqqında[7] Mirzə Fətəli Axundov
  • Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır. Əbdül Səttar Ədhi

Istinadlar

redaktə
  1. Jelyu Jelev. Faşizm. Bakı, 2005
  2. [1]Məhəmməd Əmin Rəsulzadə.525-ci qəzet.- 2011.- 24 dekabr.- S.26–27
  3. Xamnei "Qarabağ fətva"sı verib
  4. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 41
  5. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 41
  6. Vəsailuş-Şiə, c. 16, səh.539, hədis 1
  7. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 37–38