A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamlar mütaliədən əl çəkəndə fikirləşməkdən də qalırlar. Deni Didro.
  • Bəyan edirəm ki, mütaliədən daha böyük həzz yoxdur! Kitabdan savayı hər şey daha tez bezdirir insanı. Öz evim olanda əla kitabxanam olmasa özümü səfil biri kimi hiss edərəm. Qürur və qərəz
  • Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Bəhmənyar əl-Azərbaycani
  • Ədəbiyyatı bütünlükdə mütaliə işləvləri (funksiyaları) müəyyənləşdirir. Əsas işlərlərdən biri — düşünmək zərurətindən qurtulmaqdır. "Fikri dağıtmaq" dediyimiz mütaliə, düşünməməyə bərabərdir. Lakin düşündürən mütaliə də mövcuddur. Yaratdığımız əsərlərə yalnız bir tələb qoymaq olar, o da bizə bir şeylər öyrətməsidir. Dəftərlər
  • Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar. Nikolay Çernışevski
  • Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. Nikolay Rubakin
  • İnsan bütün ömrü boyu mütaliə etməlidir. Lunaçarski.
  • İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır. Cordano Bruno
  • İnsanlığı tədqiq etməyin ən yaxşı yolu mütaliə etməkdir. Oldos Haksli
  • Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar. Sokrat
  • Mütaliə ən yaxşı təlimdir. Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir. Aleksandr Puşkin
  • Mütaliə-həyatda faydalı olmaq naminə edilməlidir. Frensis Bekon
  • Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Rene Dekart
  • Mütaliə insanı kamilləşdirir, düşünmək qabiliyyətini artırır, yazmaq isə insana dəqiqliyi öyrədir. Frensis Bekon
  • Mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Frensis Bekon
  • Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir. Frensis Bekon
  • Mütaliə təfəkkürü dərinləşdirir. Kalinin
  • Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. İnsan gərək bütün ömrü boyu maariflənsin. Lunaçarski
  • Və yalnız ona elə gəlirdi ki, mütaliə səviyyəsini nümayiş etdirməyin ən yaxşı yolu insanlara onların hələ oxuyub qurtarmadığı əsərlərin süjetini danışmaqdır. İşiquro Kazuo

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə