Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
Evlilik ağacların peyvənd edilməsinə oxşayır. Peyvənd tutarsa, daha çox və daha keyfiyyətli məhsul əldə edilir. Peyvənd tutmazsa, heç cür meyvə də yetişmir. Volter
Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər. Tur Xander