Məlumat

bir şey haqqında bilik, xəbərdarlıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ancaq az şey bildiyimiz zaman məlumatımızdan əmin ola bilərik. Şübhə, məlumat artdıqca artar. Yohann Volfqanq Göte
  • Araşdırma edildiyi zaman ancaq məlumat artırıla bilər; məlumat artırıldığında ancaq istək səmimi ola bilər; istək səmimi olduğunda ancaq ağıl islah edilə bilər; ağıl islah edildiyində ancaq xüsusi həyat yaxşılaşdırıla bilər; xüsusi həyat yaxşılaşdırıldığında ancaq ailə quruluşu düzəldilə bilər. Ailə quruluşu düzəldildiyində ancaq dövlət nizam içində idarə oluna bilər. Konfutsi

B redaktə

  • Bir adamın bir çox bacarıq, fənd, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax! Mövlana Cəlaləddin Rumi
  • Biz məlumat qazandıqca ətrafımızdakılar aydın bir hal almaqdan çox daha da sirrli olur. Albert Şveytser

C redaktə

  • Cəhalət Tanrının lənəti olduğuna görə məlumat göylərə uca biləcəyimiz qanadlardır. Uilyam Şekspir

D redaktə

  • Diqqətlə oxunanda, İncil ateistlər üçün əsas məlumat bazasıdır. Ayzek Əzimov
  • Dilin əsas rolu məlumat ötürmək deyil, yaddaşı stimullaşdırmaqdır. Jak Lakan

E redaktə

  • Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. Karl Saqan

Ə redaktə

  • Əbədi müdrikliklə dolu qədim yunan mənbələrimiz olmasaydı, keçmişi qarşımıza qoyan və bu əsərlərlə qorunub bizə ötürülən elm dünyasından xəbərsiz olsaydıq, indi əldə etdiyimiz bütün məlumatlardan məhrum olardıq. Qədim Yunan elmləri ilə zənginləşməsəydik və bu mənbələrə əsaslanmasaydıq, məlumat bazamız son dərəcə acınacaqlı vəziyyətdə qalardı və sonsuz çətinliklərlə üzləşərdik. Və əgər biz yalnız öz mənbələrimizin və öz səylərimizin nəticəsi ilə kifayətlənmək məcburiyyətində olsaydıq, biliklərimiz qısır olardı və beləliklə, elmi sivilizasiyaya yiyələnmək cəhdini itirmiş olardıq. Əl-Cahiz
  • Əgər natiq danışmaq istədiyi şeylər barəsində mükəmməl məlumata malik deyilsə, o zaman onun natiqliyindən danışmaq olmaz. Mark Tulli Siseron
  • Ən narazı müştərilər ən əhəmiyyətli məlumat qaynağımızdır. Bil Geyts
  • Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev

İ redaktə

  • İnsanlar yalnız biz onlara qarşı çıxdıqda bizə maraqlı məlumatlar verirlər. Corc Bernard Şou

K redaktə

  • Köhnə məlumatlardan bəhrələnərək yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir. Bu işi bacaran insan müəllim sayıla bilər, Konfutsi
  • Kürsü məlumat tələb edir, kürsü cəsarət tələb edir və kürsü səmimi inam tələb edir. Süleyman Dəmirəl

M redaktə

  • Məlumat artdıqca narahatlıq da artar. Yohann Volfqanq Göte
  • Məlumat bilik deyil, bilik hikmət deyil, hikmət həqiqət deyil, həqiqət gözəllik deyil, gözəllik sevgi deyil, sevgi musiqi deyil, musiqi ən yaxşısıdır. Frenk Zappa
  • Məlumat gücdür. Frensis Bekon
  • Məlumat xəzinələrinə çata bilən insanların sayı nə qədər artsa, dini inanclardan qopma da o qədər yayılar. Ziqmund Freyd
  • Məlumat işıq kimidir. Onu istifadə etsəniz daha parlaq olar, istifadə etməsəniz sönər. Aleksandr Hill Everet
  • Məlumat pula bənzər, qazandıqca ehtirasa çevrilər, ancaq bu yaxşı bir ehtirasdır. Corc Bernard Şou
  • Məlumat təcrübəylə başlar amma təcrübədən doğulmaz. İmmanuel Kant
  • Məlumata sahib olaraq doğulmuş biri deyiləm. Öyrətməyi sevirəm və öyrənməyə çalışıram. Konfutsi
  • Məlumatın azı təhlükəli isə təhlükədən uzaq dayanacaq qədər çox şey bilən adam hardadır? Oldos Haksli
  • Məlumatın məqsədi; insanı məlumatsızlıq və boş inanclardan Tanrı və ölüm qorxusundan qurtarmaqdır. Və bu olmadan xoşbəxt olmağa imkan yoxdur. Epikür
  • Mən muəlumatlıyam deyən kimsə əlimdən gəlir dediyi şeydə artıq məlumat əldə etmək istəməyəcək. Platon

S redaktə

İstinadlar redaktə