Məxluq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adəm yatmaq üçün cənnətdə uzandı və bu arada qadın ondan yaradıldı. Adəm, ey bu gözəl məxluqun yazıq atası, bil ki, sənin ilk yatmaq cəhdin... həm də son istirahətin olub. Mattias Klaudius
B
redaktə- Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
- Bu dəyər miqyasını kim və necə əlaqələndirəcək? Bəşəriyyət üçün yaxşı və pis əməllər, dözülməz olanlar üçün bu gün fərqləndirilən bir şərh sistemini kim yaradacaq? Bəşəriyyətə nəyin həqiqətən ağır və dözülməz olduğunu və dərini yalnız yerli olaraq nəyin otardığını kim izah edəcək? Kim qəzəbi daha yaxın olana yox, ən dəhşətlisinə yönəldər? Kim belə bir anlayışı öz insan təcrübəsinin hüdudlarından kənara köçürməyə müvəffəq ola bilər? Başqalarının uzaq sevincini və kədərini, özünün heç vaxt yaşamadığı ölçüləri və aldatmaları dərk etməyi fanat, inadkar bir insan məxluquna təlqin etməyə kim müvəffəq ola bilər? Təbliğat, məhdudiyyət, elmi sübut - hamısı faydasızdır. Ancaq xoşbəxtlikdən dünyamızda belə bir vasitə var! Yəni sənətdir. Yəni ədəbiyyatdır. Onlar bir möcüzə göstərə bilərlər: insanın yalnız şəxsi təcrübədən öyrənmək kimi zərərli xüsusiyyətinə qalib gələ bilərlər ki, başqa insanların təcrübəsi ondan əbəs yerə keçsin. İnsandan insana, Yerdəki qısa sehrini başa vurduqca, sənət bütün yükləri, rəngləri, həyat şirəsi ilə tanış olmayan, ömürlük təcrübənin bütün ağırlığını köçürür; o, naməlum bir təcrübəni bədəndə canlandırır və ona özümüz kimi sahib olmağımıza imkan verir. Və daha çox, daha çox; həm ölkə, həm də bütün qitələr bir-birinin səhvlərini əsrlərlə davam edə biləcək vaxt fasilələri ilə təkrarlayır. Onda düşünmək olardı ki, hər şey çox aydın olacaq! Amma yox; bəzi xalqların artıq yaşadıqları, nəzərdən keçirdikləri və rədd etdikləri birdən-birə başqaları tərəfindən ən son söz olaraq kəşf edilir. Yenə də özümüzün heç vaxt yaşamadığımız təcrübənin yeganə əvəzedicisi incəsənət, ədəbiyyatdır. Onlar gözəl bir qabiliyyətə malikdirlər: dil, adət, sosial quruluş fərqlərindən kənarda, bir xalqın həyat təcrübəsini digərinə çatdıra bilirlər. Təcrübəsiz bir xalqa onilliklər boyu davam edən sərt milli sınaqları çatdıra bilər, ən yaxşı halda bütün bir xalqı lazımsız, ya səhv, hətta fəlakətli kursdan xilas edə, bununla da bəşər tarixinin döngələrini cilovlaya bilərlər. Aleksandr Soljenitsın
D
redaktə- Din məzlum məxluqun ahıdır, könülsüz dünyanın ürəyi, ruhsuz şəraitin canıdır. Xalqın tiryəkidir. Karl Marks
- Dünyada elə bir məxluq var ki, biz həmişə ona borcluyuq, o anadır. Nikolay Ostrovski
E
redaktə- Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər.[1] Həsən əl-Əskəri
İ
redaktə- İdrak məxluqda elə bir qabiliyyətdir ki, özünün bütün qüvvələrinin tətbiqinin qaydaları və məqsədlərini təbii instinktlərdən daha uzağa genişləndirir və öz imkanlarına sərhəd tanımır. İmmanuel Kant
- İncəsənəti iki qorxunc məxluq hədələyir; bunlardan biri ustalıqdan xali olan sənətçi, digəri sənətə yad olan ustadır. Anatol Frans
- İndi məni sənin hisslərinlə oynamaq niyyətində olan zərif bir qadın kimi yox, ürəyindən həqiqəti söyləyən rasional bir məxluq kimi qəbul et. Qürur və qərəz
- İnsanın bütün arzularını təmin edin, lakin һəyat məqsədini əlindən alın, onda görərsiniz o necə də bədbəxt və aciz məxluqa çevriləcək. Deməli, insan ləyaqətinin və insan xoşbəxtliyinin məğzi arzunun təlimatında deyil... һəyat məqsədindədir. Konstantin Uşinski
- İstədiyiniz kimi yazmalısınız. Gündəlik həyatda cəsur ola bilərəm, amma qorxaq da, yazıq məxluq da ola bilərəm, amma kitab yazanda dovşan kimi şəhvətli, şir kimi qorxmaz, qaya kimi sərt oluram. Mo Yan
Q
redaktə- Qadına zəif məxluq deyirlər, lakin onun saçları bir cüt fildən daha çox çəkir. Hind atalar sözləri
- Qəzadan qabaq qorxu hissi qəzanın baş vermə ehtimalını artırır. Mən həşəratlar istisna olmaqla insanlar qədər öz səhvlərindən nəticə çıxara bilməyən başqa bir canlı məxluq tanımıram. Mark Tven
M
redaktə- Meymun qızıl üzük taxsa belə, çirkin məxluq olaraq qalır. Niderland atalar sözləri
- Mənim fikrimcə bütün gününü və özünü bütünlüklə pul xətrinə pul qazanmağa sərf edən insan qədər cılız və yazıq məxluq yoxdur. Devid Rokfeller
R
redaktə- Rəsulullahdan başqa hər məxluq pərdədir; Rəsulullah isə qapıdır. Əbdülqədir Geylani
T
redaktə- Tərbiyənin əsas məqsədi bir insanı müstəqil bir məxluq, yəni iradəsi olan bir varlıq etməkdir. Georq Vilhelm Fridrix Hegel
V
redaktə- Vətən məni köməyə çağırır. Mən onun övladıyam. Mən onun çağırışına çatmasam cəhənnəmlərə məhkum bədnam bir məxluq olaram. İlyas Əfəndiyev
Y
redaktə- Yaşamaq instinkti, həyatı qorumaq səyi təbiətin ilk hərəkətidir. O, vəhşi bir qüvvəyə çevrilə bilər.Canlı məxluq hücuma məruz qaldıqda, öz varlığını qorumaq üçün döyüşür, caynaqlanır və hücum edir. Aleksandr Bek
- Yer üzündə elə bir bədheybət məxluq yoxdur ki, özünə bab birisini, elə bir mənasız əsər yoxdur ki, özünə bab oxucusunu tapmasın. Anton Çexov
İstinadlar
redaktə- ↑ "Bismillahir-rəhmanir-rəhim"i təfsir edərkən. ət-Tovhid, səh.321 , hədis 5