Budur! İlk dəfə mən də bunun nifrət olduğunu sanmışdım. Tək bildiyim nifrətdi, nifrət dünyamı bürümüşdü, nəfəs almağım belə nifrətlə dolu idi. Və sonra bir şey oldu, səndə olduğu kimi. V for Vendetta
Həqiqət havadır, onsuz nəfəs almaq olmaz. İvan Turgenev
Həyatda tək bir adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinizə çatmış bir insansınız. Ralf Uold Emerson
Həyatımı Məsihə verəndən sonra öyrəndiyim ən gözəl şey budur ki, Məsihçilik daxildə yaşamaq istəyini yalnız yaradıb ruhlandırmır; amma bu Məsihçilik həmçinin şəxsi, canlı və həqiqidir... Məsihçi olmaq yaşayan və nəfəs alan Allahı tanımaqdır. Mişel Akers
Napoleon gənc ikən leytenantlıq dövründə içinə qapalı bir insan idi. Olduğu mühitin ətrafında partilər verilər, insanlar dayanmadan əylənərkən Napoleon heç qatılmazdı. O passiv duruşu və solğun çöhrəli halını görənlərə belə deyərdi. "Tarix nümunələriylə doludur, gün gəlir nəfəs çöhrəli, amma ehtiraslı olan adamlar önə çıxarlar və zəngin modabazların, ağıllanmaz gözəl fahişələrin və onların başçılarının hakimiyyətini əllərinə keçirərlər". Napoleon Bonapart
Orta statistik insan; Görmədən baxır, duymadan dinləyir, hiss etmədən toxunur, dad almadan yeyir, diqqət etmədən hərəkət edir, qoxuları ayırmadan nəfəs alır, düşünmədən danışır. Baxıb görməyənlərdən, danışıb qulaq asmayanlardan, toxunub hiss etməyənlərdən uzaq durun. Leonardo da Vinçi
Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil. Oşo (Çandra Mohan Racniş)