Nemət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir vaxtlar hakimiyyətdən sərxoş olanlar və ondan hər cür nemət əldə edənlər, hətta bir il də olsa, onu heç vaxt öz istəyi ilə tərk edə bilməzlər. Onlar bütün güclərinin ortasında sıxıntı içində ola bilərlər; lakin onlar heç vaxt rahatlıq üçün gücdən başqa bir şeyə baxmazlar. Edmund Berk Bork
- Bütün nemətlərin başlanğıcı və son həddi ağıldır. Epikür
E
redaktə- Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun.[1] Həsən əl-Əskəri
Ə
redaktə- Ən gözəl nemət ağıl, ən böyük bədbəxtlik isə nadanlıqdır. Ərəb atalar sözləri
D
redaktə- Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz. Mirzə Fətəli Axundov
- Dünyanın heç bir neməti insanı sevgi qədər doydura bilməz. Aristotel
G
redaktə- Görünür, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir. Mari Monteqyu
H
redaktə- Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
İ
redaktə- İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağlından şikayətçi deyildir. Lev Tolstoy
M
redaktə- Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm , ana dilim var. Cəlil Məmmədquluzadə
N
redaktə- Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz.[2] Həsən əl-Əskəri
S
redaktə- Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.[3] İmam Kazım
- Sufilər Allah Təalanın Özündən başqa bir şey istəməzlər. Onlar neməti deyil, nemət bəxş edəni, xalqı deyil Xaliqi istəyərlər. Əbdülqədir Geylani
Ş
redaktə- Şeytanda insandakı xüsusiyyətlərin biri xaric hamısı vardır. Şeytanda əskik olan tək nemət eşqdir. Şeytanın insan dözə bilməməsi eşqsizliyindəndir. Şəms Təbrizi