Qərb
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bu gün biz Qərb deyəndə artıq Qərbi və Rusiyanı nəzərdə tuturuq. Afrikanı, İslam dünyasını, qismən də Çini istisna etsək, “müasirlik” sözünü işlədə bilərik. Aleksandr Soljenitsın
- Bugünkü Qərb sivilizasiyasının mayası qədim Yunan elm və fəlsəfəsidir. Bu elm və fəlsəfənin əsası nədir? İnsan ağlı; soruşmaqla bilmək, anlamaq, izah etmək və şərh etməkdə sərbəst olmaq. Falih Rıfkı Atay
D
redaktə- Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür. Cəmaləddin Əfqani
Ə
redaktə- Ər - arvadın savaşı ilə qərb küləyi axşam düşəndə yatar. Yapon atalar sözləri
F
redaktə- Finikiyalılar çox uzaq dövrlərdən ticarət etmək üşün tez -tez səyahətlər edirdilər və buna görə də onlar həm Afrikada, həm də Avropanın Qərb hissələrində bir çox koloniyalar qurdular və varlanaraq, Herkules sütunlarından da kənarda okean adlanan dənizin sularını döyməyə başladılar. Siciliyalı Diodor
H
redaktə- Hansı tərəfə gedirsən get. Şərq, Qərb, Şimal və Cənub, çıxdığın hər səyahəti içinə etdiyin bir səyahət olaraq düşün. Öz aləminə səyahət edə bilən adam sonda Yer kürəsini gəzər. Əlif Şəfəq
İ
redaktə- İnsanın meymun mənşəyini Qərbdə, İnsanın Tanrı mənşəyini Şərqdə kəşf ediblər. Yaşar Qarayev
- İstər Yəhudi sərmayesi olsun başımın üzərinə qoyaram, istər Qərb sərmayesi olsun başımın üzərinə qoyaram, öpərəm başımın üstünə qoyaram.[1] Rəcəb Tayyib Ərdoğan
K
redaktə- Konqo bir daha heç vaxt Qərbin əmtəə əlavəsi olmayacaq. Patris Lumumba
Q
redaktə- Qərb cəmiyyəti ürək çatışmazlığından, Şərq cəmiyyəti ürək ifratından əziyyət çəkir. Tur Xander
- Qərb fəlsəfələri Platonun fikirlərinə sadəcə qeydlərdir. Alfred Norz Vaythed
- Qərb yarımkürəsindəki zənci problemi çox çirkin bir hekayədir, ağ adamı ciddi şəkildə cəlb edir və aşkar bir rüsvayçılıq yaradır. İki əsrdən çox əvvəl Birləşmiş Ştatlara və Qərbi Hindistana gətirilən və köləliyə məcbur edilən zəncinin heç vaxt ədalətli sövdələşməsi və ya real fürsəti olmayıb. Birləşmiş Ştatların konstitusiyasına əsasən, bütün kişilər azad və bərabər sayılırlar; zənci isə, xüsusilə cənub ştatlarında azad və bərabər deyil. Qərbi Hindistandakı vəziyyət, şəraitin bir qədər yaxşı olduğu, lakin imkan bərabərliyinin və irqi ayrı-seçkiliyin hələ də olmadığı şimal əyalətlərindəki vəziyyətə daha çox bənzəyir. Cənub ştatlarında zəncilərlə rəftar ölkəyə ləkədir; orada əsas mübarizə zəncini ardıcıl olaraq aşağı səviyyədə saxlamaqdır, onun təhsil və imkan bərabərliyindən imtina etməkdir, onun həyat səviyyəsini mümkün olan ən aşağı səviyyədə və ağdərililərdən xeyli aşağı saxlamaqdır, onun siyasi tanınmasından imtina etməkdir. Bütün kişilərin səsvermə hüququna malik olduğu bu demokratik ölkədə zəncilərə göstərilən bu münasibət onların konstitusiya imtiyazından istifadə etməsinə mane oldu. Şimal ştatlarında bu şərtlər eyni dərəcədə mövcud deyil, lakin zənci davamlı olaraq ayrı-seçkiliyə məruz qalır, bərabər imkanlardan məhrum olur və hər bir imtiyaz üçün mübarizə aparmalı olur. Alisa Beyli
- Qərbdə insan hüquqlarını deyil, insan öhdəliklərini müdafiə etməyin vaxtı çatıb. Aleksandr Soljenitsın
- Qərbin heç bir yerində 19-cu əsrin ikinci yarısında bütün rus təfəkkürünün həsr olunduğu bu qədər özünəməxsus formada “zəka və insanlar” problemi mövcud deyil, çünki Qərbdə əslində nə “zəka” var, nə də “insanlar”. "sözün rus mənasında. Nikolay Berdyayev
M
redaktə- Mən nə Qərbin, nə də Şərqin tərəfindəyəm. Mən məhəbbətin tərəfindəyəm! Oşo (Çandra Mohan Racniş)
- Mən Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm. Ziya Göyalp
- Müsəlmana uyğun bir üslub tapmaq üçün Qərbin bütün təcrübələrini bilməliyik, ancaq bütövlükdə onlardan heç birini təqlid etməməliyik. Həsən Nail Canat
S
redaktə- SSRİ -nin ideoloji əsaslarını sarsıdaraq Amerikanın əsas rəqibi olan dövləti dünya hökmranlığı uğrunda müharibədən qansız şəkildə geri çəkə bildik. Gələcəkdəki məqsədimiz və vəzifəmiz bizi Qərbin azadlıq və demokratiya nümunəsi olaraq görmək istəyən hər kəsə kömək etməkdir. Bill Klinton
Ş
redaktə- Şərq öz inkişafında yarımçıq qaldı. İndi Qərb də öz inkişafında yarımçıq qalır. İki yarımçıqdan bir bütöv yaratmaq olarmı?! Rahid Ulusel
- Şərqdə məhəbbət adı altında komfort və təhlükəsiz həyat. Qərbdə isə azadlıq və etibar nəzərdə tutulur. Oşo (Çandra Mohan Racniş)
- Şərqdə məhəbbəti dəyişiklikdən qorxma hissi məhv edir. Qərbdə isə insanların bir yerdə olub, bağlanmaq qorxusunun olması məhv edir. Oşo (Çandra Mohan Racniş)
- Şərqin idealı – insanın kamilləşməsi, Qərbin idealı – cəmiyyətin təkmilləşdirilməsidir. Əbu Turxan
- Şərqin mənəvi zənginliyi və Qərbin maddiyyatı arasında körpü qurmaq missiyası türklərin üzərinə düşür. Oqtay Sinanoğlu
- Şərqin yerində Qərb əkmək istəyirlər. Amma, bilirsiniz, nə bitəcək: kol-kos. Rahid Ulusel
T
redaktə- Türk ziyalısı dediyimiz adam, Qərbin mənəvi agentidir. Attila İlhan
- Türkiyə Cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey türk övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! Bu məlumdur. Lakin zəkanı unut! Daim çalışqan ol! Mustafa Kamal Atatürk
Z
redaktə- Zahir elmləri görünən hissənin işığıdır. Qərbin elmləri isə görünməyən hissənin. Əbdülqədir Geylani