Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
Qabiliyyət başqalarının vura bilmədiyi hədəfi vuran nişançı kimidir; dahi isə başqalarının görə bilmədiyi bir hədəfi vuran bir nişançı. Artur Şopenhauer
Qabiliyyət o kəslərindir ki, onlarda hər şey ciddi nəzarət altındadır. Nəyə görəsə, insanlar buna uğur deyir. Rual Amundsen
Qabiliyyət, sükunət içində ortaya çıxır. Xarakter isə dünyanın fırtınaları içində. Yohann Volfqanq Göte
Qabiliyyət yoxsa sənətçi olmaz, amma çalışmamaqla qabiliyyət heç bir işə yaramaz. Emil Zolya