A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Adi ehtiyacla yanaşı, sevgi-böyük tərbiyəçidir. Yaxınların sevgisi, bəxti gətirməyən insanı ehtiyac səbəbindən yaranan qanunlara riayət etməyə vadar edir. Çünki, əks təqdirdə bu qanunların pozulması müəyyən bir cəzaya səbəb ola bilər. Ziqmund Freyd

D redaktə

  • Dövlət o zaman möhkəm olur ki, qanunlara əməl edilsin. Evripid

E redaktə

  • Ehtiraslar azğınlaşdıqca, onları cilovlamaq üçün daha çox qanunlar lazım olur. Jan Jak Russo

H redaktə

  • Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədən məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür. Henrix Heyne
  • Hətta quldurların da öz qanunları var. Mark Tulli Siseron

İ redaktə

  • İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. Şan Yan

K redaktə

  • Kamilliyə can atan insan üçün elmlərin ən gərəklisi qanunlar haqqında elmdir. Platon

Q redaktə

  • Qanunlar - dövlətlərin hökmdarlarıdır. Alkimdamant
  • Qanunlar insanın xoşbəxtliyi üçün yaradılıb. Mark Tulli Siseron
  • Qanunlar oğrular olduğu üçün yazılır. Koreya atalar sözləri
  • Qanunlar yalnız mülki birliyin şərtləridir. Qanunlara tabe olan xalq onların yaradıcısı olmalıdır. Birliyə daxil olan hər bir kəs, eyni zamanda birgə yaşama şərtlərini müəyyən etməlidir. Jan Jak Russo
  • Qanunlar yalnız orta təbəqəli insanlara münasibətdə tam gücü ilə işləyir. Onlar varlıların sərvətlərinə və yoxsulların dilənçi vəziyyətlərinə qarşı gücsüz olur. Varlılar bu qanunları saya salmır, yoxsullar isə onlardan qaçır. Biri toru qırır, digəri isə onun arasından keçir. Jan Jak Russo
  • Qanunları bilmək onun sözlərini xatırlamaq yox, onların mənasını dərk etməkdir. Mark Tulli Siseron
  • Qanunları yeniləri ilə əvəz etmək - gücün sübutudur. Şan Yan
  • Qanunlara ədalətli olduğuna görə deyil, qanun olduğuna görə hörmət edirlər. Mişel de Monten
  • Qanunların çox olduğu yerdə dövlət daha çox korlanar. Qai Korneli Taçit
  • Qanunların gücü icraçıların sərtliyindən daha çox onların müdrikliyindən asılıdır. İctimai iradə isə çəkisini daha çox onun diktə etdiyi ağıldan alır. Jan Jak Russo
  • Qanunların sayı nə qədər çox isə sui-istifadə də o qədər çox olar. Qai Korneli Taçit

O redaktə

  • O dövlət demokratikdir ki, orda dədə-baba adətiylə Allahlara səcdə edilir, valideynlərin hörməti saxlanılır, böyüklərə ehtiram göstərilir, qanunlara itaət olunur və bütün bunlarla yanaşı həlledici qələbə xalqın böyük əksəriyyətlə qəbul etdiyi qərarlara məxsusdur. Polibi
  • O dövlət qüdrətlidir ki, onun vətəndaşları şaha itaət edir, şahları isə qanunlara. Süleyman peyğəmbər

S redaktə

T redaktə

  • Təbiət qanunları ilə cəmiyyət qanunlarının əsas fərqi ondan ibarətdir ki, birinciləri cəzasız pozmaq mümkün deyil, ikinciləri isə mümkündür. Xudu Məmmədov

İstinadlar redaktə