Qar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Abdal oynayanda qar yağar. Azərbaycan atalar sözləri/A
- Ana qəzəbi qar kimidir,; çox yağar, tez əriyər. Çeçen-inquş atalar sözləri
BRedaktə
- Bəxtin ömrü sobanın üstündəki qar topunun ömrü qədərdir. İsveç atalar sözləri
- Bir dəfə təsadüfən ingilis səyyahı John Franclinin kitabı əlimə düşdü. Müəllif kitabda üç həftədən çox bir müddətdə qar və boranla necə mübarizə apardığını və aclıqdan dəri çəkmələrini yediyini təsvir edirdi. Dərhal məndə belə bir hiss yaşamaq üçün istək baş qaldırdı. Rual Amundsen
DRedaktə
- Dost yolunda boran olar, qar olar. Azərbaycan atalar sözləri/Birlik və dostluq
- Dağ başında qar olar, ər kişidə ar olar. Özbək atalar sözləri
ƏRedaktə
- Əyri ağcaqayın qar saxlamaz, pis adam - söz. Başqırd atalar sözləri
QRedaktə
- Qalan işə qar yağar. Azərbaycan atalar sözləri/Q
- Qar çox olan ili məhsul çox olar. (Voə ve bə sori bar ve bəbe.) Talış atalar sözləri
- Qar dağa çıxdı, şirin oldu. (Voə beşe bə band, şəkə be.) Talış atalar sözləri
- Qar kimi ağ olsan da, iftiradan qurtula bilməzsən. Uilyam Şekspir