Rüsvayçılıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıla rüsvayçılıq kimi görünən, ürək üçün gözəllik kimidir. Fyodor Dostoyevski
B
redaktə- Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır. Nəsirəddin Tusi
K
redaktə- Kiçiklərlə şitlik edib zarafatlaşmaq böyüklüyü hörmətdən salmaq, rüsvayçılıq tozu qaldırmaqdır. Əbdürrəhman Cami
Q
redaktə- Qədimdə insanlar çox danışmağı sevməzdilər. Onlar öz sözlərinin arxasınca çata bilməyəcəklərini özləri üçün rüsvayçılıq hesab edirdilər.Konfutsi
- Qızıla pas, fəzilətə isə rüsvayçılıq yapışmaz. Pifaqor
- Qoyun hakimlər ədalət məhkəməsində məyus olsunlar — onda, onların qərarları daha dəqiq olacaq. Qoyun generallar qələbədən məyus olsunlar — onda, qətl rüsvayçılıq sayılacaq. Qoyun keşişlər inancdan məyus olsunlar — onda onların inancı daha səmimi olacaq. Leonard Koen
M
redaktə- Mənim ölkəmdə hakimiyyət nümayəndələri dövlətin qulluqçusu olmaqla fəxr edirlər; dövlətin sahibi olmaq rüsvayçılıq hesab edilərdi. Uinston Çörçill
Ö
redaktə- Ölümü əbədilik məhv edəcək, Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək. Xalqının rüsvayçılığını bütün dünyadan götürəcək. Yehova Özü bunu deyib. Müqəddəs Kitab, Əşiya 25:8
R
redaktə- Rüsvayçılıq ömürdən uzun olur. Azərbaycan atalar sözləri/R
Ş
redaktə- Şər insanla yoldaşlıq edəndə yalnız birinci gün bunu rüsvayçılıq bilirsən, sonrakı günlərdə buna elə vərdiş edirsən ki, hətta onu qucaqlayıb öpə də bilirsən. Aleksandr Pop
U
redaktə- Uğursuzluq sadəcə yenidən başlamaq üçün şansdır, bu dəfə daha dərrakəli. Dürüst uduzmaqda rüsvayçılıq yoxdur; uduzmaqdan qorxmaqda rüsvayçılıq var. Henri Ford
Y
redaktə- Yaxşı və pisin nə olduğunu qiymətləndirə bilməyən xalq sağ qala bilməz. O, sağ qalması üçün hətta qonşusundan fərqli bir qiymət verməlidir. Bəzi xalqlarda yaxşı adlandırılan şey digər xalqlarda rüsvayçılıq və təhqir hesab olunur. Burada pis adlandırılan şey orada hörmətə layiq şey sayılır.Fridrix Nitsşe