Elə bir zaman gələcək ki, camaat on hissəyə sahib olacaq, doqquz hissə xalqdan çəkiləcək, bir hissəsi isə sükut içində olacaq. İmam Rza
Əgər cahil bir adam sənə qarşı nadanlıq edirsə, mənalı bir sükut ona əla cavabdır. Məhəmməd Hadi
Əgər sussan danışmağın daha işıqlıq olar.Çünkü sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir. Şəms Təbrizi
Qəlbim tutqun bir sükut içində mətbəx çəyirtkəsinin cırıltısını eşidir. Bu səsin boz alatoranlığıdır. Rabindranat Taqor
Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır.[1] İmam Səccad
Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir. Reşat Nuri Güntekin
Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm... Rabindranat Taqor
Sükut çox vaxt çox sözdən gözəl olur. Alman atalar sözləri
Sükut çox yaxşıdır pis danışmaqdan, Sükutdan olmayıb heç kəs peşiman. Nizami Gəncəvi
Sükut da bir növ danışmaq sənətidir. Uilyam Hezlitt
Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər. İmam Rza
Sükut təfəkkürün bağı, fərasətin əlaməti və ağlın meyvəsidir. Əli
↑ əl-Kafi, c.2, səh.231, hədis 3