A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Biz birlikdə bu gün müasir Avropanın tarixinə çox parlaq səhifə yazmışıq. Biz sübut etdik ki, demokratiya ən ağır şəraitdə belə şantaja əyilmir. Demokratiya, əgər öz dəyərlərinə vicdanla sadiqdirsə, hər zaman istənilən vəziyyətdən ümumi çıxış yolu tapmağa imkan verir. Vətəndaşlar özlərinə inandıqları zaman istənilən, hətta ən çətin vəziyyətin öhdəsindən birlikdə gələ bilərlər. Aleksis Çipras
  • Bu ölkə qəzetlərinin 2-ci səhifəsində məşhurların necə yaşadıqları, 3-cü səhifəsində sadələrin necə öldükləri yer alır. Can Dündar

C redaktə

  • Cahil insanların hamısı ağ kağızdan olan səhifələr kimi eynidir, aqil insanlar isə kitab kimidir. Ruhun uçuşu
  • Corab dəyişdirər kimi sevigili dəyişdirən, hər yeni əlaqədə təmiz səhifə açdım deyənlərə səslənirəm: Sizin dəftər neçə vərəqlidir? Yılmaz Ərdoğan

D redaktə

  • Dəftər eyni olduğu müddətcə, yeni bir səhifə açmağın nə əhəmiyyəti var? Tom Robbins
  • Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün halhazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyаn olamaz zənnindəyiz. Məmməd Əmin Rəsulzadə
  • Dünya bir kitabdır, hər addımı bizim üçün bir səhifə açır. Alfons de Lamartin
  • Dünya bir kitabdır, səyahət etməyənlər isə yalnız bir səhifə oxuyurlar. Avreli Avqustin
  • Dünyamız hazırda davamlı təkamül prosesindədir. Dünya sivilizasiyası tarixində yeni bir səhifə açılır. Bizim milli siyasətlərimiz davam və təkmilləşmə yoluna yönəlməyə meyllidir, yəni yararsız obrazlar yaratmaq əvəzinə onu sadələşdirin. Ağılsız təqlid əvəzinə unikallıq Mövcud dövrün təkamülünə uyğun olan əməliyyat üsulları Dünya sivilizasiyasının tərəqqisi ilə rəvan axmaq üçün daha yaxşıya doğru inkişaf etmək. Gələcək məqsədlər və o məqsədlərə çatmaq üçün vasitələr baxımından milli harmoniya, bütün təbəqələrə yayılan xeyirxahlıq və nəhayət, yer üzündəki bütün ölkələrə dostluq. Bunlar bizim həvəslə olduğumuz və nail olmağa çalışdığımız əsas məqsədlərdir. Hirohito

G redaktə

  • Gündəlik həyatımızın ən əhəmiyyətsiz təfərrüatlarında belə, heç birimizin hamı üçün eyni olan maddi bir bütöv olmadığını söyləmək olmaz və yalnız hesab kitabında və ya vəsiyyətnamədə bir səhifə kimi üzə çıxarmaq lazımdır; sosial şəxsiyyətimiz başqa insanların düşüncələri ilə yaradılır. Marsel Prust

H redaktə

  • Heç bir zaman həyatdan dümağ bir səhifə gözləmə! Çünki ikinci səhifə belə, birincinin izlərini daşıyar. Robin Şarma
  • Hər kəs öz keçmişini qəlbi ilə bildiyi bir kitabın səhifələri kimi bağlı saxlayar. Və dostları, sadəcə onun ön sözünü oxuya bilər. Virciniya Vulf
  • Həyat imtahandırsa, onda əziyyət çəkmə heç, adını yaz və çıx. Bəlkə keçməzsən, amma adının altında tərtəmiz bir səhifə qoyub gedərsən. Əziz Nesin
  • Həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik. Jorj Sand

İ redaktə

  • İstənilən xalqın tarixində çoxlu səhifələr var ki, onlar həqiqət olsaydı, möhtəşəm olardı. Deni Didro

M redaktə

  • "Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən biridir. Onun yaradıcılığı ilə Azərbaycan şeir tarixində yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır, poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir." Fazil Qaraoğlu

O redaktə

  • Oxuculara müraciət, ithaf məktubu, müqəddimə, mündəricat və təriflər başqa əxlaqla bağlı yazılardan xaric edilsə, o qədər az səhifə qalacaq ki, kitab düzəltməyə çətinlik çəkə bilsinlər. Jan de Labrüyer
  • Ortalıqda belə bir şayiə də dolaşırdı ki, guya bəzi klassik əsərlər – məsələn, Şerlok Holms haqda olan kitab – ona görə kitabxanamızda yoxdur ki, orda əsas qəhrəmanlar çox siqaret çəkir. Və əgər şəkilli kitabda və ya jurnalda qabağımıza cırılmış səhifə çıxırdısa, bəziləri deyirdi ki, yəqin orda kimsə siqaret, ya da qəlyanla təsvir olunub. Kazuo İşiquro

Ö redaktə

  • Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın. Əbdürrəhman Cami
  • Öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar. Ziya Bünyadov

S redaktə

  • Söyüş çox rahat bir şeydir: bir sözlə hücum edirlər, müdafiə olunmaq üçün isə bütöv səhifələr lazımdır. Jan Jak Russo

T redaktə

İstinadlar redaktə