A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq. Corc Herbert
  • Bir bina daxilində rəqabət sağlamlıq üçün zərərlidir. Ceyms Uotson
  • Cəmiyyət üçün üsyan, təbiət üçün ildırımdan daha az faydalı deyil. Bu, hökumətin sağlamlığı üçün lazım olan dərmandır. Tomas Cefferson
  • Dünya daha təhlükəsiz, daha şirin, daha ağıllı və daha gözəl bir məkana çevrilməmişdən əvvəl bütün xalqlar özlərini hesaba almalı və öz psixoloji zəiflikləri və kompleksləri ilə məşğul olmağa başlamalıdırlar. Hər bir xalq sağlam psixi sağlamlığı hədəfləməli və sağlam, psixoloji məqsədləri həyata keçirməyə çalışmalıdır. Beynəlxalq birliyə nail olmaq lazımdır və bu, təkcə qarşılıqlı etimada deyil, həm də düzgün dünya məqsədlərinə və həqiqi psixoloji anlaşmaya əsaslanmalıdır. Alisa Beyli
  • Əsl dost sağlamlıq kimidir: dəyəri itirildikdən sonra bilinir. Miqel de Servantes
  • Əsl sevgi yuxudan ayılmaq kimidir, adam dincəlir. Bütün varlığında bir təravət, bir sağlamlıq hiss edir. Elə əsl səadət də budur. Nikolay Çernışevski
  • Hakimiyyət sevgisi insanların iblisidir. Onlara sağlamlıq, qida, ev, təhsil, bir sözlə, hər şey verin, onlar xoşbəxt olmayacaqlar. Çünki, iblis gözləyir, gözləyir və məmnunluq istəyir. Onlardan hər şeyi alıb iblislərini məmnun etsəniz, onlar xoşbəxt olacaqlar. Fridrix Nitsşe
  • Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən. Mixail Bulqakov
  • Xoşbəxtlik yaxşı bir sağlamlıq və pis bir yaddaşdan başqa bir şey deyil. Albert Şveytser
  • İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik. İlham Əliyev
  • Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heç. Artur Şopenhauer
  • Zamanın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanır. Henri Ford

İstinadlar

redaktə