Sel
sel çox dəhşətlidir
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Alçaqda yatma - sel aparar, ucada yatma - yel aparar. Türk atalar sözləri
- Alçaq yerdə yatma, sellər alar, yüksək yerdə yatma, yellər alar. Kərkük atalar sözləri
B
redaktə- Bəndi selə vermə. Azərbaycan atalar sözləri/B
D
redaktə- Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birəbeş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bəqədr məqdur özümüz gərək verək. Belədə iş irəli gedə bilər… Həsən bəy Zərdabi
- Dostlar, pislik təcrübəsindən keçən hər kəs bilir ki, hər bir insana bəla selləri gələndə insan hər şeydən qorxar; lakin nə vaxt ilahi bir qüvvə bizim səyahətimizi alqışlayırsa, biz inanırıq ki, eyni aqibət həmişə ədalətli olacaq. Esxil
E
redaktə- El gücü, sel gücü. Azərbaycan atalar sözləri/E
- El gücü, yel gücü, sel gücü. Azərbaycan atalar sözləri/E
- Elmi oğru apara bilməz, əcəl də öldürə bilməz. Elm zamanın gərdişindən nə xarab olandır, nə də seldə, suda batıb qərq olan. Əhvədi
G
redaktə- "Geniş salon ağzına qədər adamla dolmuşdur. Alqış səsləri dərələrdən şaqqıldayıb gələn gurultulu selləri xatırladırdı. Qarabuğdayı oğlan sağ əlini qaldırıb adamları sakit etmək istəyir, lakin alqış səsləri susmaq bilmir. Kürsidə bir an səssiz dayanan bu cavan Müşfiqdir. Mikayıl Müşfiq!... Gənc şair Mikayıl Müşfiq şeir oxuyur. Bəli o gənc idi. O, olduğundan daha artıq qüdrətli, daha gözəl bir şair ola bilərdi." - Rəsul Rza[1]
İ
redaktə- İnsanı ən qısa yolla tanıdan və keyfiyyətini göstərən dildir. Bu dil ruh qapısının pərdəsidir. Külək pərdəni qaldıranda evin içərisi bizə görünür. Dil deyilən ət parçasından çaylar kimi hikmət selləri axar. Könlü və sözü bir olmayan insanın yüz dili olsa belə o yenə dilsiz sayılar. Mövlana Cəlaləddin Rumi
K
redaktə- Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü daldasında qoy yesin aslan səni. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
N
redaktə- Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni. Azərbaycan atalar sözləri/N
- Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar.[2] İsa
S
redaktə- Sevgi adamı selə verər. Azərbaycan atalar sözləri/S
U
redaktə- Uğur qazanmağın ilk şövqündə qasırğa kimi məni sıxan müxtəlif hissləri heç kim təsəvvür edə bilməz. Həyat və ölüm mənə ideal sərhədlər kimi göründü və mən əvvəlcə onu aşmalı və qaranlıq dünyamıza işıq selini tökməliyəm. Yeni bir növ onun yaradıcısı və mənbəyi kimi mənə xeyir-dua verərdi; bir çox xoşbəxt və gözəl təbiət varlıqlarını mənə borcludur. Heç bir ata öz övladının minnətdarlığını mənim onlara layiq olduğum qədər tam iddia edə bilməzdi. Meri Şelli
İstinadlar
redaktə- ↑ (2018) "Azərbaycan poeziyasının Mikayıl Müşfiq zirvəsi" Nəşr edən: Azərbaycan Milli Kitabxanası: 29. İstifadə tarixi: 23 oktyabr 2018.
- ↑ Luka 6:46-49