Həbsxanaların fabriklərə, məktəblərə, kazarmalara, xəstəxanalara və bütün bunların da həbsxanalara bənzəməsi təəccüblü deyilmi?. Mişel Fuko
Həddindən artıq asan uğur, təəccüb harayları – şöhrətin az ömürlülüyünün əlamətidir; kəndirbazla şairin uğuruna eyni qiymət vermək olmaz. Onore de Balzak
Həyat, insan ağlının yarada biləcəyi hər şeydən daha təəccüblüdür. Artur Konan Doyl
İnsanın xoşbəxtliyi haqqında yanlış və təəccüblü olan bir şey var: onun heç nə etməməsi. Lev Tolstoy
İnsanlığı sevirəm, –o dedi, — ancaq təəccüblüdür ki, insanlığa olan sevgim nə qədər çoxdursa, hər bir fərdə ayrılıqda olan sevgim bir o qədər azdır. Fyodor Dostoyevski
Mən tamamilə üzülmüşəm, amma işimi dayandıra bilmirəm. Mənim eksperimentlərim o qədər vacib, o qədər gözəl, o qədər təəccüblüdür ki, yemək yeməyə ərinir, yatanda belə onları düşünürəm. Güman edirəm ki, ölənə qədər işimi davam etdirəcəm. Nikola Tesla
Müharibə, minlərlə insanı öldürənlərə insanlar təəccüb edənə və kömək edənə qədər davam edəcəkdir. Pyer Büast
Vedaları tanıyan bir brahmananın məşhur bir alim olmasında təəccüblü nə var? Siyasi elmləri bilən bir hökmdarın sərt və ədalətli olmasında təəccüblü nə var? Gözəl bir gənc qızın dindar bir qadına çevrilməsində təəccüblü nə var? Yazıq insanın günün və ya gecənin istənilən vaxtında günah işlətməsində təəccüblü nə var? Çanakya