Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
Allahın varlığı barədə qoy din xadimləri tədqiqat aparsınlar: sən insan qəlbinin dərkliyi ilə məşğul ol. Pifaqor
Əgər apardığımız tədqiqatlar nəticəsində dinin insana məxsus nevroz növü olduğunu tapa və fərdi xəstələrdə olduğu kimi nevrotik vəsvəsələrin də böyük qüvvəsini izah edə bilsək, məhz o zaman tarixin ən möhtəşəm güclərindən biri olan dinin insanlara qarşı yaratdığı qəzəbi müasir dövrümüzdə müalicə edə bilərik.[1]Ziqmund Freyd
Mən dünyanı parçalaya bilərdim, amma bunu heç vaxt etməyəcəyəm. Mənim əsas məqsədim yeni hadisələri qeyd etmək və yeni tədqiqatların başlanğıc nöqtəsi olacaq ideyaları yaymaqdır. Nikola Tesla
Mühazirələrdə öz tədqiqatlarınızdan danışın. Ceyms Uotson