Tər
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir fincan düyüdən ötrü bir fincan tər tökmək gərəkdir. Vyetnam atalar sözləri
D
redaktə- Dahiliyin yüzdə biri ilham, yüzdə doxsan doqquzu tərdir. Tomas Edison
- Daima işlə. Daima sev. Yoldaşını və uşaqlarını özündən çox istə. Heç kimdən minnətdarlıq gözləmə və əgər sənə minnətdarlıq etməsələr üzülmə. Nifrət əvəzinə öyüd, zəhlə əvəzinə gülüş. Hər zaman kitabxanada yeni kitabın, anbarda şərabla dolu şüşən, bağında tər çiçəyin olsun. Epikür
- Düha on faiz istedaddan və doxsan faiz tər tökməkdən əmələ gəlir.Tomas Edison
K
redaktə- Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür. Əbu Turxan
- Kişi gərək zəhmət çəksin, tər salsın,
Süfra açsın, ad qazansın, dər salsın. Aşıq Ələsgər
M
redaktə- Məhsulu şeh yox, tər verir. Rus atalar sözləri
S
redaktə- Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Əli
- Sözün əslinə qalanda yazmaqda qeyri-adi heç nə yoxdur. Oturursan yazı makinasının arxasına və başlayırsan qan-tər tökməyə. Ernest Heminquey
T
redaktə- Tər əməyin göz yaşıdır. Piter Gile
- Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim. Azərbaycan atalar sözləri/T
V
redaktə- Varlı borcuna mal verir, kasıb — tər. Tatar atalar sözləri
Mənbə
redaktə- Dünya xalqlarının atalar sözləri. Bakı,2015.