Biz artıq küləyin, dənizlərin, günəşin enerjisini özümüzə tabe etmişik. İnsanın sevgi enerjisinə yiyələndiyi gün isə, öz əhəmiyyətinə görə odun kəşfindən geri qalmayacaq. Paulo Koelyo
Ehtirasları icazəli və qadağan edilən ehtiraslara bölən haqlı deyil. Bir insan onlara hakim olduqda bütün ehtiraslar yaxşı, tabe olduqda isə pisdir. Jan Jak Russo
Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədən məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür. Henrix Heyne
Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız səsə tabe olmalıyıq. Çünki o səs heç bir zaman yalan söyləməz. Lev Tolstoy