Tutqun
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bizim şəxsi fikirlərimiz hətta predmetlərin zahiri görünüşünə belə təsir edir. Təbiətə və öz yaxınlarına baxan və hər şeyin tutqun, kədərli olmasını təsdiq edənlər haqlıdırlar. Ancaq qaranlıq tonlar onların bulanıq gözlərinin və qəlblərinin əksidir. Həqiqətdə isə rənglər zərifdir və daha aydın görmə tələb edirlər. Çarlz Dikkens
Ə
redaktə- Əgər doğru hesab etsək və insan taleyində hər gün baş verən xoş dəqiqələri unutmasaq, dünyada tutqun, kədərli gözlərin gördüyündən də çox xoşbəxtlik var. Fridrix Nitsşe
- Ən güclü ruha malik insanlar bəzən ümidsizliyə qapılırlar. Elə anlar olur ki, böyük ağıla malik insanlar həyatı tutqun rənglərdə görürlər. Teodor Drayzer
İ
redaktə- İnsan həyatının zamanı andır, mahiyyəti əbədi axın, hissi tutqun, bütün bədəninin quruluşu fani, ruhu qeyri-sabit, taleyi müəammalı, şöhrəti şübhəli. Bir sözlə, yuxu və tüstü kimi ruha aid olan axın kimi, ona aid olan hər şey. Həyat, qürbətdə mübarizə və səyahətdir. Ölümdən sonrakı şöhrəti unutmadır. Amma nə yola çıxara bilər? Mark Avreli
K
redaktə- Kədər olsun o ürəyə ki, orda yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə, sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir, bu bəhrəsiz gündən daha tutqun və daha solğun, daha sıxıcı gün ola bilməz. Ömər Xəyyam
- Kiçik şamın şüaları necə də uzaqlara yayılır! Yaxşı iş tutqun havada da işıq saçır. Uilyam Şekspir
Q
redaktə- Qəlbim tutqun bir sükut içində mətbəx çəyirtkəsinin cırıltısını eşidir. Bu səsin boz alatoranlığıdır. Rabindranat Taqor
Ö
redaktə- Ölüm və həyatı ayıran sərhədlər tutqun və qeyri-müəyyəndir. Kim deyə bilər, hansı harada qurtarır və harada o biri başlayır? Edqar Allan Po
P
redaktə- Pis dost kölgə kimidir: günəşli havada qaç- qaça bilməzsən, tutqun havada axtar-tapa bilməzsən. Abay Kunanbayev