Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı. Viktor Hüqo
Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir... Çarli Çaplin
Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş! Ömər Xəyyam
Mən rədd edilmiş, itilib qaxılmış bir uşaq olmasaydım böyük ehtimalla bir rok ulduzuna çevrilib, bu duyğunu cəmiyyətə yönəltmək istəməzdim. Xristian məktəbinə getməmiş olsaydım bu qədər reaksiya göstərib bu gün inandığım şeylər mövzusunda bu qədər açıq fikirli olmaya bilərdim. Bunlar bu gün mənim səhnədəki performansıma çox qəti xəttlərlə təsir etdi. Marilyn Manson