Yarpaq
Yarpaq — bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqan.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur. Nəcib Fazil Qısakürək
- Aşağıdakı yarpaq düşəndə qoy yuxarıdakı gülməsin, onun da növbəsi çatacaq. İndoneziya atalar sözləri
E
redaktə- Elə olur ki, yarpaq batır, daş uçur. Yapon atalar sözləri
H
redaktə- Hər ağacdan sandal, hər yarpaqdan gül,
Hər torpağın tamı duz olmaz, olmaz. Aşıq Ələsgər
- Hər zaman balıqqulaqlarını, rəngarəng sahil daşlarını və ümumiyyətlə uşaqların yığmağı sevdiyi o rəngarəng daşları xoşlamışam. Ağappaq quş lələyi, rəngli yarpaqlar – hərdən mən belə düşünürəm ki, məhz bunlar əsl sevinc mənbəyidir, nəyinki bahalı daş-qaşlar, zümrüdlər və s. Aqata Kristi
- Hətta yarpaqlar arasında oxuyan bir quşcığaz da tanrının varlığını sübut edir. Viktor Hüqo
Q
redaktə- Qopan yarpaqlar uçub gedər, düşən meyvələr ağac dibində qalar. İndoneziya atalar sözləri
S
redaktə- Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük. Mövlana Cəlaləddin Rumi
- Sən indi saralmış yarpaq kimisən, o dünyanın elçiləri sənin dalınca gəliblər. Dhammapada
T
redaktə- Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır: gündə bir sarı yarpaq salır. Elçin Əfəndiyev
Y
redaktə- Yarpaq da tikanın üstünə düşəndə, tikan da yarpağın üstünə düşəndə, yarpaq yaralanır. Teluqu atalar sözləri
- Yarpaq tökülsə də ağac yaşayır. Lak atalar sözləri