Adamlar qarşısında həyalı olmaq yaxşı hissdir-öz-özünün qarşısında həyalı olmaq daha yaxşıdır. Lev Tolstoy
Aforizmlər, fəlsəfi fikirləri ifadə etməyin ən yaxşı formasıdır. Lev Tolstoy
Allah böyük batalyonların yox, yaxşı atıcıların tərəfindədir. Volter
Almanın yaxşısına qurd düşər. Alman atalar sözləri
Arzuda həqiqətdən yaxşı, həqiqətdə isə arzudan yaxşı tərəf var. Tam xoşbəxtlik hər ikisinin birləşməsindən ola bilərdi. Lev Tolstoy
Dəlilər həmişə öz məqsədlərinə sağlam adamlardan daha yaxşı çatırlar. Çünki, dəlilər üçün heç bir əxlaqi maneə, ayıb, haqsızlıq, nə də qorxu yoxdur. Lev Tolstoy
Əgər bir şey edirsənsə, onu yaxşı et. Əgər yaxşı etməyi bacarmırsansa, yaxud yaxşı etməyi istəmirsənsə, o halda heç nə etmə. Lev Tolstoy
Əldəki sərçə, damdakı göyərçindən yaxşıdır. Alman atalar sözləri
Ən yaxşı tərbiyə - yaxşı nümunədir. Lev Tolstoy
Əlbəttə, mən deyə bilmərəm ki, hər şey başqa cür olsa, hər şey yaxşı olacaq, ancaq deyə bilərəm ki, hər şey yaxşı olsa, hər şey başqa cür olacaq. Qeorq Kristof Lixtenberq
Fiziki iş nəinki zehni fəaliyyətin imkanlarını genişləndirir, onun üstünlüyünü yaxşılaşdırır, eləcə də onu mükafatlandırır. Lev Tolstoy
Heç nəyi olmamaqdansa, bir şeyi olmaq yaxşıdır. Alman atalar sözləri
Həqiqət ən yaxşı silahdır. Alman atalar sözləri
Həmişə pis xəbər yerinə düşməz olar, yaxşı xəbər yerinə düşən. Alman atalar sözləri
Hər bir işdə az olan yaxşı, çox olan pisdən daha yaxşıdır. Kitablarda da belədir. Lev Tolstoy
Hər şey üçün zəruri ədviyyat nədir? Əlbəttə ki, yaxşılıq. Yaxşılıq olmadan ən yaxşı keyfiyyətlərin heç bir qiyməti yoxdur. Ən pis qüsurlar onunla çox asanlıqla vidalaşır. Lev Tolstoy
Xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. Lev Tolstoy
Xoşbəxtlik həmişə yaxşı əhval-ruhiyyəsi olan evə çox həvəslə daxil olur. Lev Tolstoy
İlk fikir heç də həmişə ən yaxşı fikir olmur. Alman atalar sözləri
İnsanlar qarşısında utanmaq yaxşı hissdir. Amma ən yaxşı hiss özü-özündən utanmaqdır. Lev Tolstoy
Qısa fikirlər ona görə yaxşıdır ki, ciddi oxucunun özünü fikirləşməyə məcbur edir. Lev Tolstoy
Mədəmiz fikirlərimizə təsir etsə də, ən yaxşı mədəsi olanlar ən yaxşı mütəfəkkir olmurlar. Volter
Monarxiya, ən pis idarəetmə növlərinin ən yaxşısıdır. Volter
Müharibənin pis, sülhün yaxşı olması insanlara o dərəcədə məlumdur ki, onlar salamlaşanda bir-birinə sülh, əmin-amanlıq arzulayırlar. Lev Tolstoy
Mülayimlik ən yaxşı dərmandır. Alman atalar sözləri
Nəsə etmək istəyirsənsə, yaxşı et. Əgər edə bilmir və ya etmək istəmirsənsə, ən yaxşısı, heç başlama. Lev Tolstoy
Özgələrin təsəllisi yaxşıdır, ondan da yaxşı - öz hünərindir. Alman atalar sözləri
Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir. Mark Tven
Yaxşı bir ağaca sarılan kölgəsiz qalmaz. Miqel de Servantes
Yaxşı bir həyat yaşamaq üçün haradan gəldiyini, o biri dünyada nə olacağını bilməyə ehtiyac yoxdur. Lev Tolstoy
Yaxşı ər - arvadın iki ruhu, bir iradəsi var. Miqel de Servantes
Yaxşı əsərlər kimi, yaxşı xarakterlər də ilk tanışlıqdan yox, sonradan tanınar. Volter
Yaxşı gün dostları verir, yaman gün də onları yoxlayır. Alman atalar sözləri
Yaxşı xəbər həmişə gecikir, pis xəbərlər isə tez yayılır. Volter
Yaxşı iş səylə olur, amma səy bir neçə dəfə təkrarlanırsa, eyni iş vərdiş halını alır. Lev Tolstoy
Yaxşı iştaha – deməli, vicdan təmizdir. Lev Tolstoy
Yaxşı kitab eynən ağıllı bir adamla söhbət etməkdir. Oxucu kitabdan bilik alır, həyatı ümumiləşdirmək, dərk etmək qabiliyyətini öyrənir.[1]
Yaxşı kitab öyünməyə layiqdir. Alman atalar sözləri
Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir.[2] Volter
Yaxşı nümunə uşaq üçün ən yaxşı tərbiyədir. Lev Tolstoy
Yaxşı oyunçunu top da görür. Lev Tolstoy
Yaxşı şeylər gözləməyi bacaran adama gəlir. Lev Tolstoy
Yaxşı şeylərə tərif nə gərək. Alman atalar sözləri
Yaxşı yazan müəlliflərin əsərləri oxuyaraq yaxşı danışmağa öyrənirik. Volter
Yalnız yaxşı işlər görənlər yaşayır. Lev Tolstoy
Yatmayan fəlakətlərdən xilas olmaq üçün ən yaxşı dərman yuxudur. Miqel de Servantes
Zarafat o vaxt yaxşıdır ki onu isti-isti edirlər. Volter