A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqaları qarşısında lovğalanmadan biliyimi artırmaqdan, yorğunluq hiss etmədən səylə oxumaqdan, həvəslə başqalarına məsləhət verməkdən yorulmuram. Konfutsi
  • Döyüş bir parad kimi görünən bir hücum deyil, çırpınan plakatlarla döyüş deyil, qəzəbləndikləri və qışqırdıqları bir əl-əl döyüşü deyil; Müharibə dəhşətli dərəcədə fövqəladə bir yorğunluq, bel, dərin su və kir, bit və iyrənc bir şeydir. Bunlar cəsədlərin və cəsədlərin parçalanmış, qarışıq üzləri üzərində üzən və artıq cəsədlərə bənzəməyən küflü üzlərdir. Bəli, müharibə, heyrətamiz dramlarla kəsilən, sonsuz çətinliklərin monotoniyasıdır və süngü deyil, gümüş kimi parıldayan, xoruzun günəşdəki bir buynuz mahnısı deyil. Yanğın (Anri Barbüs)
  • Eybəcərlik dizimin üstündə oturandan özümdə inanılmaz bir yorğunluq hiss etdim... Salvador Dali
  • Xəstəlik-sağlamlığın, şər xeyirin, aclıq toxluğun, yorğunluq istirahətin ləzzətini bildirir. Heraklit
  • Ölümü yorğunluqdan üstün tuturam. Başqalarına xidmət etməkdən heç vaxt bezmirəm. Leonardo da Vinçi
  • Səbəbsiz yorğunluq xəstəlikdən xəbər verir. Hippokrat
  • Televiziyada, kinoda çəkiləndə yoruluram. Amma səhnədə heç vaxt yorulmuram. Daha doğrusu bu yorğunluqdan ləzzət alıram.[1] Yaşar Nuri
  • Uşaq deyiləm artıq, böyüdüm. Bir az yorğun, bir az inciyəm yenə də. Yetər artıq! Gedən yolunu, qalan yerini bilsin sadəcə. Sunay Akın
  • Yaxşı iş adamı, həqiqətən, cavanlaşdırır. Gördüyün yaxşı işə baxıb, dərindən bir nəfəs dərəndə bütün yorğunluğun canından çıxır. Sən yorulmursan, işdən bezikmirsən. Amma bir təhər işləyəndə, baş girləyib, danlaq altına düşəndə vaxtından əvvəl yorulur, mənəvi təsirlərdən sıradan çıxırsan.[2]
  • Yorğunluq narazılıq gətirər. Narazılıq inkişaf üçün lazımlıdır. Tomas Edison

İstinadlar

redaktə
  1. Sənətdə Keçən Ömür; İlham Rəhimli; Bakı-1992; səh. 234
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.