A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağılla hərəkət etmək üçün insanın üç yolu var; birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol - təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi

B redaktə

  • Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət əldə etmək üçün artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.” Piter Druker
  • Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
    • Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
    • İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
    • Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
    • Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun. Nəsirəddin Tusi
  • Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı. Cübran Xəlil Cübran
  • Birinci – qoçaq, ikinci – cürətli, üçüncü– cəsurdur… Mininci – çox cəsarətli döyüşçüdür. Ancaq qələbə, şücaətini və qoçaqlığını birliyin, inamın gözə görünməyən əlaqəsi ilə birləşdirən cəsurlara qismət olur. Qay Yuli Sezar
  • Bu gün dünyanın hər bir ölkəsində xoşməramlı və həqiqi dərrakəli insanlar tapılır... Birlik, əmin-amanlıq və bərəkətin nəticəsi olan həqiqi rifah necə bərqərar ola bilər? Yalnız bir şəkildə. Hər ölkədə və hər millətdə xoşməramlı və anlayışlı kişi və qadınların birgə fəaliyyəti ilə. Sabit və sakit, tələsmədən, üç şeyi etməlidirlər: Birincisi, bir-birlərini kəşf etməli və bir-birləri ilə əlaqə saxlamalıdırlar. Beləliklə, zəiflik və faydasızlıq hissi aradan qaldırılacaqdır. Bu, Yeni Dünya Serverlər Qrupunun ilk vəzifəsi və vəzifəsidir. İkincisi, onlar bu gün bütün düzgün düşünən insanlar tərəfindən tanınan, lakin təmin olunmayan düzgün yaşamağın, xoş niyyətin və harmoniyanın əsas prinsiplərini aydınlaşdırmalıdırlar. Bu prinsiplər ən sadə formada tərtib edilməli və praktiki fəaliyyətə keçməlidir. Üçüncüsü, geniş ictimaiyyət bu prinsiplər üzrə maarifləndirilməlidir. Onlara davamlı, müntəzəm və sistemli şəkildə qardaşlıq, bütün insanların xoş niyyətinə və sevgisinə əsaslanan beynəlmiləlçilik, dini birlik və qarşılıqlı əməkdaşlıq prinsipləri öyrədilməlidir. Hər bir millətdə və qrupda olan fərdə öz mühüm rolunu xoş niyyət və anlayışla oynamağı öyrətmək lazımdır; qrup digər qruplar qarşısında öz məsuliyyətini daşımalıdır; millətin millət qarşısında, bütün millətlərin isə millətlər dünyası qarşısındakı məsuliyyəti izah edilməli və vurğulanmalıdır. Alisa Beyli

D redaktə

  • Dəvədən soruşdular: "Daha çox nəyi sevirsən - yoxuşu, yoxsa enişi?" Dedi: "Üçüncü bir iyrənclik də var - palçıq."

Ə redaktə

  • Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
    • Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
    • İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
    • Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır. Nəsirəddin Tusi

İ redaktə

  • İstənilən həqiqət üç etapdan keçir. Birinci etapda deyirlər: bu ola bilməz. İkinci etapda deyirlər: bu ola bilər. Üçüncü etapda deyirlər: bu ki, çoxdan məlumdur. Ernest Rezerford

Q redaktə

  • Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci, “peşmançılıq”, ikinci, “dünya və axirət cəzası”, üçüncü, “dostların inciməsi”, dördüncü, “rəzillərin tənəsi”, beşinci, “düşmənlərin tənbehi”, altıncı, “məzacın pozulması”, yeddinci, “bədənin birdən sarsılması”, çünki “dəlinin tutması bir saatlıq olar” (deyiblər). Nəsirəddin Tusi
  • Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi

M redaktə

  • Məhəbbət üç il yaşayır: birinci il mebel alırlar, ikinci il mebelin yerini dəyişirlər, üçüncü il mebeli bölürlər. Frederik Beqbeder
  • Məhəbbətdə iki nəfər iştirak edir, bunun nəticəsində də üçüncü - yeni həyat yaranır. Vladimir Lenin
  • Məhəbbətin ömrü üç ildir. Əvvəl ehtiras, sonra incəlik və nəhayət sıxıntı ili. Birinci il deyirlər: "Getsən, özümü öldürəcəm." İkinci il deyirlər: "Getsən, özümü pis hiss edəcəm, ancaq yaşayacam." Üçüncü il deyirlər: "Getsən, bunu şampan şərabı ilə qeyd edəcəm." Frederik Beqbeder

S redaktə

  • Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq. Nəsirəddin Tusi

Ş redaktə

  • “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi

Ü redaktə

  • Üç cür övrətdən uzaq ol. Birincisi dul, ikincisi varlı olub, sənə minnət qoya, üçüncü o qadın ki, səni görəndə ahü-nalə edib, nazik səslə sızıldaya. Mir Möhsün Nəvvab
  • Üçüncü dərəcəli ağıl yalnız əksəriyyətlə düşünəndə xoşbəxtdir. İkinci dərəcəli ağıl ancaq azlıqla düşünəndə xoşbəxt olur. Birinci dərəcəli ağıl yalnız düşündüyü zaman xoşbəxtdir. Alan Miln

İstinadlar redaktə