Adətən krallıqlara, bəyliklərə və respublikalara ziyan vuran saysız -hesabsız fəlakətlər olsa da, ən təhlükəli, mənim fikrimcə, dörddür: ixtilaf, ölüm, torpaq səmərəsizliyi və sikkə azalması. İlk üçü o qədər açıqdır ki, bundan xəbəri olmayan heç kim yoxdur, lakin sikkəyə aid olan dördüncünü az adam və yalnız ən dərin düşüncəli insanlar fərq edir, çünki bu dərhal və şiddətə səbəb olmur. Dövlətlərin çöküşü, onları tədricən görünməz hala gətirir. Nikolay Kopernik
Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur. Aristotel
Ailədə hökm sürən ruh itlərə də sirayət edir. Belə ki, qəzəbli insanın qəzəbli, təhlükəli insanın isə təhlükəli iti olur. Hətta itlərin əhval-ruhiyyələrinin dəyişməsi insanların əhval-ruhiyyələrinin dəyişməsini təsir edir. Artur Konan Doyl
60-cı illər mənim üçün geriyə dönüşü olmayan nöqtə oldu. Mən “Çelsi” otelində (Nyu-York oteli — müxtəlif illərdə burada Bob Dilan, Cenis Coplin, Sid Vişes, Dilan Tomas və başqaları yaşayıb — Esquire) yaşayırdım, bura elə məkandı ki, partilərdəki kartof çipsləri çox təhlükəli ola bilərdi. Həqiqi təhlükəni nəzərdə tuturam — çünki çipslərə sulfat turşusu hopdurula bilərdi. Yadımdadır bir dəfə necə oldusa parti keçirilən bir nəfərin otağına girdim və bir neçə çips yedim. Sonrakı 4 gün ərzində mən öz otağımı tapmağa çalışmışdım. Leonard Koen
Azacıq səmimiyyət təhlükəlidir, daha çoxu isə ölümcüldür. Oskar Uayld
Bilmədiyini bilmək ən yaxşısıdır. Bilməyib də bildiyini sanmaq təhlükəli bir xəstəlikdir. Lao-tszı
Bir kişinin nə qədər təhlükəli olduğunu görmək üçün matç izlərkən kanalı dəyişdirmək kifayətdir. Bob Dilan
Bir zamanlar sevilməyə layiq olmuş yaşlı kəslər üçün ən təhlükəli gülünclük, artıq elə olmadıqlarını unutmalarıdır. Fransua de Laroşfuko
Birjada oynamaq üçün ən təhlükəli ay oktyabr ayıdır. Sonrakı təhlükəli aylar bunlardır: iyul, yanvar, sentyabr, aprel, noyabr, may, mart, iyun, dekabr, avqust və fevral. Mark Tven
Böyük ehtiraslar ümidsiz bir xəstəlikdir. Onları müalicə edə biləcək olan şey, onları həqiqətən təhlükəli hala da soxa bilər. Yohann Volfqanq Göte
Cəmiyyətdə xarakteri olmayan bir insandan daha təhlükəli bir şey yoxdur. Jan Leron Dalamber
Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
Fərdi səviyyədə qadınlar evdən kənarda işləməlidirlər və mümkündündürsə, ailə qurmamalıdırlar. Mən Sartrla evlənə bilərdim, ancaq bunu etməyərək düzgün qərar verdiyimizə inanıram. Evliliyin qadınlar üçün təhlükəli olduğunu düşünürəm. Simona de Bavuar
Haqqları və zövqləri əlindən alınan gənclər, onların yerinə daha gizli və təhlükəli olanları qoyur. Jan Jak Russo
Heç bir təhlükəli düşüncə yoxdur; düşünmək özlüyündə təhlükəlidir. Hanna Arendt
Heç vaxt Rusiyaya qarşı getməyin. Sizin, hər hansı bir hiylənizə o, ağlasığmaz və sizin üçün son dərəcə təhlükəli olan axmaqlıqla cavab verəcək.[2]Otto fon Bismark
Heç vaxt unutma: nə vaxt ki, seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən. Oşo (Çandra Mohan Racniş)
Hər bir millətin içində əlli, ya altmış şöhrət düşgünü, təhlükəli adamlar olur. İdarə etmək bacarığı bu adamları tanımaqdan, onları ya məhv etmək, ya da satın almaqdan asılıdır. Onore de Balzak
Hətta qorxaqlar üçün əlçatan olan nigah yeganə və təhlükəli macəradır. Volter
Qadın iki halda daha təhlükəli olur: kişi onu qane etməyəndə və onu qane etdikdə. Qabriel Laub
Qadının yalnız gözəl və gənc olduğuna görə öz taleyini onun taleyi ilə bağlamaqdan təhlükəli heç nə yoxdur. Vissarion Belinski
Qadınlar qorxanda daha təhlükəli olurlar. Robert Berns
Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
Məlumatın azı təhlükəli isə təhlükədən uzaq dayanacaq qədər çox şey bilən adam hardadır? Oldos Haksli
Mən bir qadın kimi mənə aşiq olan kişiləri qəbul etmirəm. O axmaqlıq edir və təhlükəli olur. Məni qadın kimi sevən, yaxud özünü aşiq kimi göstərən kişilərlə hər cür əlaqəni kəsirəm. Birincisi ona görə ki, onlar məni bezdirir. İkincisi, onlardan hər an adama cuma biləcək quduz itlərdən qorxduğum qədər qorxuram. Ona görə də mən onları sağalana qədər mənəvi karantində saxlayıram. Gi de Mopasson
Mən tamamilə güman edə bilərəm ki, qəhrəman bir qadın xilas olmaq üçün qaçarkən sonda dolama və təhlükəli dağ cığırında ola bilər. Az ehtimal olsa da, amma yenə də mümkündür ki, o, uçurum üzərindəki körpüyə ayaq basanda körpü uçacaq. Müstəsna olaraq az ehtimal var ki, o, son anda ot kökündən yapışacaq və uçurumdan asılı qalacaq və mən belə bir imkanla razılaşa bilərəm. Lap çətin olsa da, inanmaq olar ki, yaraşıqlı bir kovboy bu anda oradan keçəcək və bədbəxt qadına kömək edəcək. Amma bu anda kamerası olan operator bütün bu həyəcanlı hadisələri kamerasına çəkməyə hazır olacaq, mən buna inanmaram! Nils Bor
Mənim adım Salvador Xilaskardır. Çünki, mənim vəzifəm dözməyə məcbur olduğumuz təhlükəli texnikalar və bacarıqsızlıq dövrlərində incəsənəti boşluqdan xilas etməkdir. Salvador Dali
Sevgi – insana zərər verən yeganə səhvdir. Üstəlik ortağın ümiddirsə, sevgi çox təhlükəli bir illüziyaya çevrilir. Xalid Hüseyni
Sərxoş həkim, savadsız aktyor, təcrübəsiz brəhmən, qorxaq döyüşçü, pisniyyətli ağa, axmaq nökər, xaotik ölkə, öz uşaqları ilə fəxr edən, amma xəyanətkar qadın təhlükəli olduğu kimi, hökmdarın ətrafındakı pisniyyətli nazirlərdən müdrik insanlar əziyyət çəkir. Çanakya
Sinoplu Diogendən soruşanda ki "ən təhlükəli heyvanlar hansılardır?", o belə cavab vermişdi: "Vəhşi heyvanlardan böhtançılar, ev heyvanlarından isə yaltaqlar." Sinoplu Diogen