A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Afrika mənşəli amerikalıların əsarət altına alınması qaçılmaz tarixi fakt olsa da , onların ölüm təhlükəsi qarşısında göstərdikləri cəsarət, aşılmaz kimi görünən çətinliklər qarşısındakı gücləri, başqalarını imansız ümidsizliyə sürükləyən şəraitlə qarşılaşdıqda imanları və onların zalım şəraitdə gözəlliyin və dahiliyin oyadan olması da həvəsləndirmirdi. Aberjhani
  • Allaha ibadət edənlər, hər şeydən əvvəl, kainatın nizamında, onu idarə edən ağıllı və müdrik bir varlığın varlığının yenilməz sübutunu tapırlar. Lakin bu nizam səbəblər və ya şəraitlər tərəfindən mütləq şəkildə əmələ gələn, bəzən bizim üçün əlverişli, bəzən isə zərərli olan bir sıra hərəkətlərdən başqa bir şey deyil: biz bəzilərini bəyənirik, digərlərindən isə şikayət edirik. Pol Anri Holbax
  • Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
    • Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
    • İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
    • Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
    • Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun. Nəsirəddin Tusi
  • Bərabərlik bərabər imkanlar yox, bərabər şərait deməkdir. Hər kəsə bərabər şərait yaradılmalıdır. Həmin şəraitdən kimin necə istifadə edəcəyi isə onun öz seçimidir. Ancaq şəraitdən yararlanıb müəyyən imkanlara malik olanlar isə sosial ədaləti də əldən verməməlidirlər. Aydın Mirzəzadə
  • Bərabərliyə calışan dövr yaxşı davranışa yox, ədəbsizliyə şərait yaradır. Çarlz Dikkens
  • Bizim vicdanımız – çevik və elastik predmetdir – dartılmaq və ən müxtəlif şəraitə tətbiq edilmək qabiliyyətinə malikdir. Çarlz Dikkens
  • Bununla belə, etiraf etmək lazımdır ki, ağır şərtlər güclü xarakter formalaşdırır, çünki şimalın soyuq iqlimi fəallığı və enerjisi cənubdakıları çox geridə qoyan kişi irqini yetişdirir. Deməli, qadınların xarakterləri kişilərdən daha yeknəsəkdir; onlar nadir hallarda ağılın gizli güclərini irəli sürmək üçün şəraitdə yerləşdirilirlər. Letitia Elizabet Landon
  • Cəmiyyəti (əlbəttə ki, işçilərdən ibarət olan) xoşbəxt etmək və insanların ən acınacaqlı şəraitdə belə məmnun olması üçün böyük əksəriyyətin həm cahil, həm də kasıb olaraq qalması lazımdır. Bernard de Mandevil
  • Çoxalma gücünün təyinatı növləri qorumaqdır. Çünki uzun ömürlüyə cəhd ilahidən gələn bir tələbatdır. Amma bu tələbat bir fərd kimi mövcud ola bilməsə də, növün mövcudluğunu davam etdirməyə qadirdir və növü saxlamaq üçün müəyyən bir güc onun ardınca gələn fərdi əvəz edir. Beləliklə, əlverişli şərait fərddə, çoxalma qüvvəsi isə növdə parçalanan şeyləri əvəz edir. İbn Sina
  • Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç
  • Düşüncəli və diqqətli adam şəraitə tabe olmur, onu idarə edir. Baltazar Qrasian
  • Elə şərait yoxdur ki, insan alışa bilməsin, bütün ətrafdakıların o şəraitdə yaşadığını bilən adam üçünsə alışmaq daha asandır. Lev Tolstoy
  • Elmlərlə məşğul olmaq gəncliyi tərbiyə edir, qocalığı əyləndirir, xoşbəxt şəraitdə bəzək, bədbəxt şəraitdə isə sığınacaq və təskinlik rolunu oynayır. Mark Tulli Siseron
  • Gənclərə şərait yaradın. Onların zehinlərinə etdiyiniz toxumlar, onlarla birlikdə böyüyəcəkdir. Və dünyanı həqiqi dəyişdirəcək də onlardır. Cek Ma
  • Gəncləri yetişdirməyin ən pis yolu onlara hər cür şərait yaratmaqdır. Çünki asanlıq ləzzətlər doğurur və hər bir pislik ondan gəlir. Demokrit
  • Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. İşiquro Kazuo
  • Harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı vətən torpağı ilə bağlı olmalıdır. Heydər Əliyev
  • Hazırkı şəraitdə nəciblik fəlsəfəsini şərtləndirən, daxili saflıq, müdriklik, əxlaqi kamillik və bütövlük kimi mənəvi dəyərlərə çağırmaq ciddi yazıçılıq və vətəndaşlıq işidir.[1] İsa Həbibbəyli
  • Heç vaxt, heç bir şəraitdə özünü tənqid etmək olmaz. Luiza Hey
  • Hər bir şəraitdə pozitivi axtarmağı vərdiş halına gətirsən, həyat keyfiyyətin ən yüksək səviyyəsinə çatacaq. Robin Şarma
  • Həyatınızı zəhmətlə bağlı şəraitə uyğunlaşdırın. Zəhmətsiz nə təmiz, nə də sevincli həyat mümkün deyil. Anton Çexov
  • İnsanın hər cür şəraitdə öz vəzifəsini yerinə yetirməsi də qəhrəmanlıqdır. Mixail Kalinin
  • İnsan hər bir şəraitə vərdiş edə bilər. Rual Amundsen
  • İnsan həyatı bir oyuncaq kimidir! Qəribə də olsa, bizim həvəslərimizi idarə edən gizli yaylar şəraitə uyğun dəyişir! Sabah nifrət edəcəyimizi bu gün sevirik, sabah xilas olmaq istədiyimizi bu gün axtarırıq, bu gün istədiyimiz sabah bizi lərzəyə salır. Daniel Defo
  • İnsan müdrikliyinin ən yüksək dərəcəsi şəraitə uyğunlaşmaq və xarici təsirlərə qarşı sakitliyini saxlamaqdadır. Daniel Defo
  • İnsan şəraitə görə yox, təbiətcə düzgün olmalıdır. Mark Avreli
  • İnsanları şəraiti yox, şərait insanları idarə edir. Herodot
  • Qadın və kişi arasındakı münasibətlərdə ən çətin və ən ağır dəqiqələr qarşılıqlı bağlılıq hissin gücündən və gözəlliyindən uzaq olan xarici şəraitə qurban verilməsidir. Teodor Drayzer
  • Menecerin işi motivasiya alovunu yandırmaq deyil, hər bir insanın şəxsi motivasiya qığılcımının alovlanması üçün şərait yaratmaqdır. Fridrix Herzberq
  • Mən içki içmirəm, siqaret çəkmirəm və şərait məni boş-boşluğa vadar edəndə cansıxıcılıqdan fırıldaqçı olmaqda qərarlı olmaq düzgündür. Corc Bernard Şou
  • Musiqini gözləri yumaraq dinləmək lazımdır. Çünki, gecə qaranlığını və zülmətini xatırladan bu şəraitdə hər cür formasız və görünməmiş xaos öz formasını alır və kosmosun bir parçasına çevrilir. Aleksandr Blok
  • Müharibə həqiqətləri insan təbiətinin mürəkkəbliyini göstərmək üçün fantastik şəkildə uyğundur. Normal şəraitdə, ümumiyyətlə necə davranacağımızı, nə istədiyimizi bilirik. Eyni zamanda, müharibə zamanı hər zaman baş verən ekstremal vəziyyətlərdə heç bir şey sadə deyil. Dəyərlərin toqquşması, çətin əxlaqi seçimlər, həyatı təhdid edən amillər, dərin gizli, şüuraltı instinktlərin, hisslərin və motivasiyaların ortaya çıxmasına səbəb olur. Bu, bir kinorejissor üçün həqiqətən də əla materialdır. Enq Li
  • Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
  • Siyasət, şəraitə uyğunlaşmaq və hər şeydən, hətta bədbəxt hadisələrdən faydalanmaq sənətidir. Otto fon Bismark
  • Siz mənə hər hansı bir torpağı işğal etməkdə şərait yaradın, mən sonra sizin üçün bu torpağın əsrlər boyu bizim doğma torpağımız olduğunu sübut edim. Otto fon Bismark
  • Tənhalıq dərrakə üçün təhlükə yaradır, həmçinin məziyyətlər üçün əlverişli şərait deyil... Tənhalığa can atan fani insan, şübhəsiz, mövhumatı inanclarla yaşayır və çox güman ki, havalanmış adamdır.[2] Samuel Conson
  • Uğur qazanmağın ən qısa və ən yaxşı yolu - insanlara başa düşməyə şərait yaratmaqdır ki, sizin irəliləyişinizə kömək etmək elə onların özlərinin maraqlarına uyğundur.[3] Jan de Labrüyer
  • Uzun müddət davam edən münasibətlər evlilikdən öncə tərəflərin bir-birinin xarakterini öyrənməsi üçün yaxşı şərait yaradır. Bu da heç məsləhətli bir şey deyil. Oskar Uayld

İstinadlar

redaktə
  1. Hüseyn İbrahimov – 90 Şəxsiyyətin və sənətin vəhdəti. "Ədəbiyyat" qəzeti, 2009, 12 iyun, s.3
  2. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.104
  3. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.79