Üfüqlər
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (mən öz operamı yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi. Üzeyir Hacıbəyli
- Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri. İlham Əliyev
- Azərbaycan sovet poeziyasının yüksəlişində, şeirimizin zənginləşməsində, saflaşdırılmasında Rəsul Rza yaradıcılığının tarixi xidməti vardır. Onun poeziyası hər cür sadəlövh fəlsəfəçiliyə, saxta xəlqiliyə, ucuz heyranlığa zidd olan, həyatın real hadisələrindən doğub mərdanə romantika ilə uzaq üfüqlərə qanadlanan poeziyadır. Nə qədər ki, dilimiz yaşayır, nə qədər ki, poeziyaya mənəvi ehtiyacımız var, Rəsul Rza da bizimlə olacaq.[1]
- İlyas Əfəndiyev, Azərbaycan yazıçısı.
E
redaktə- Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır. Xudu Məmmədov
G
redaktə- Gələcək açıq qalır və risk həmişə onun içindədir, lakin elmin üfüqləri gələcəyin üfüqləridir. Mixal Heller
H
redaktə- Hər bir yazıçı bir xalqın övladıdır və öz milli adət-ənənələrini mənbə götürərək o xalqın həyatını təsvir etməli, əsərlərini zənginləşdirməlidir. İlk etdiyim budur, yəni öz millətimin adət-ənənəsini, məişətini danışıram. Amma orada qalsan, heç yerə çatmayacaqsan. Ədəbiyyatın milli həyatı, adət-ənənələri söyləməkdən daha çox məqsədləri var. Müəllif öz üfüqlərini milli olandan kənara çıxarmalı və "ümumbəşəri" olana çatmağa çalışmalıdır. Yaxşı yazıçı "tipik insan"ı mənimsəyən adamdır. Çingiz Aytmatov
- Hər kəs üfüqlərinin sonunu dünyanın sonu üçün alır. Artur Şopenhauer
İ
redaktə- İnsan düşünən, axtaran, yeni üfüqlərə çatmaq sevdası ilə səmanın və zamanın hər parçasından bir mərifət dərsi alan şəxsdir. Füyuzat jurnalı
K
redaktə- Kosmoloji üfüqlər ən böyük teleskopların həlledici gücü ilə müəyyən edilən üfüqlərdən xeyli kənara çıxır. Mixal Heller
Ö
redaktə- Öz ruhunun dərinliklərinə var, o zaman qarşında yeni-yeni üfüqlər açılacaq, insan ayağı dəyməmiş torpaqlar, dum-duru çaylar, hələ heç kəsin görmədiyi sirli ulduzlar, kəhkəşanlar kəşf edəcəksən. Vasili Rozanov
- Öz ruhunun dərinliklərinə baş vur ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən. Miqel de Unamuno
R
redaktə- Ruhu zəif olanlar hər şeyi matəm libasında görür. Ruh üfüqlərini özü yaradır. Aleksandr Düma (ata)
Ü
redaktə- Üfüqlər ona görə hamının dostudur ki, heç kimi sıxmır, hər kəsi özündən daha artıq olduğunun dalınca yürüdür. Rahid Ulusel
İstinadlar
redaktə- ↑ Təskinliyimiz // Ədəbiyyat və incəsənət, 1981, 10 aprel