Ana instinkti sayəsində qadın birinci dərəcəli kişinin yüz səhmindən bir səhminə malik olmağı, ikinci dərəcəli kişiyə aid bütün səhmlərə malik olmaqdan üstün tutur. Corc Bernard Şou
Azadlıq hissini itirənlər - sürü instinkti qazananlardır. Rahid Ulusel
Bir cismə yönəlmiş sevgi instinkti həmin cismi qazanmaq üçün gücü zəruri edir. Əgər insan müvafiq cismi idarə edə bilməyəcəyini hiss edib qorxsa, bu dəfə onunla pis davranmağa başlayacaqdır. Ziqmund Freyd
Bütün sosial orqanizmlərin canlı məxluqlar kimi özünü qoruma instinkti var. Tur Xander
Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir. Onore de Balzak
Qadınlar predmetlərə dair heyrətamiz instinktə sahibdirlər. Belə ki, onlar aşkar olanın xaricində hər şeyi kəşf edə bilirlər. Oskar Uayld
Qısqanclıq insan azadlığı ilə əlaqəli deyil. Qısqanclıqda bir mülkiyyətçilk və hökmranlıq instinkti var, amma alçalmış bir vəziyyətdə. Sevgi hüququnu qəbul etmək, qısqanclıq hüququnu ideallaşdırmaq yox, inkar etmək lazımdır...Qısqanclıq, insanın insana zülmüdür. Ən iyrənc qısqanclıq isə qadını zəhərli ilana çevirən qadın qısqanclığıdır. Vissarion Belinski
Uşaqlığı sevin; onun oyunlarını, əyləncələrini, sevimli instinktini mükafatlandırın. Dodaqlarınızda həmişə gülüş, ruhunuzda sakitlik olduğu bu çağlar barədə bəzən təəssüflənməmisiniz? Jan Jak Russo
Yenilməz instinkt onları asılmış vəzyiyyətdə, günbəgün, həftədən həftəyə gələcəksiz bugünlərini çəkib sürüməyə vadar edirdi. Hava tükənməyincə ağ ciyərlər növbəti nəfəsi özünə çəkdiyi kimi… 1984