Bəzən təhqir edənə kəskin cavab verməyin müəyyən bir faydası var. Bu cavab qısa olmalı və qıcıq,qəzəb yaratmamalı, bərk əşya oxun zərbəsini dəf edib onu atana qaytardığı kimi, təhqir də ağıllı, özünə hakim olan natiqdən təhqir edənə sakitcə, hətta azacıq bir təbəssümlə çatdırılmalıdır. Platon
Əgər hansısa bir əşya sizi qıcıqlandırırsa, bunun günahı əşyada yox, əşya haqqında sizin düşüncələrinizdədir. Siz bu fikirləri dəyişməyə qadirsiniz. Mark Avreli
Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. Erix Fromm
Əgər sən onu oxumağı bacara bilsən, hər bir əşya sənə tarixdən xəbər verər! Henri Ford
Nitq, əşya haqqında bilikdən irəli gəlməli və inkişaf etdirilməlidir. Əgər natiq onu bağrına basmasa,öyrənməsə, onun bəlağətli danışmağı əbəsdir, uşaq səyidir. Mark Tulli Siseron