Adətən, düşmən hisslər zərif hisslərdən sonra meydana çıxır və onlar cinsi münasibətlərimizin əksəriyyətində hökmranlıq edən hisslərin ikili münasibətini yaxşı əks etdirir. Ziqmund Freyd
Ağıllı, təhsilli insanlar lazımdır. Bəşəriyyət daha yaxşı həyata yaxınlaşdıqca, bu adamların sayı çoxalacaq və sonda əksəriyyət təşkil edəcək. Anton Çexov
Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə. Avraam Linkoln
Azərbaycanda həqiqətən vətəndaşların əksəriyyəti müsəlmanlardır (statistikaya görə sakinlərin 96 faizi İslam mədəniyyətinin daşıyıcılarıdır), lakin Azərbaycan dünyəvi dövlətdir və konstitusiyaya görə, bütün ənənəvi dinlər qanun qarşısında bərabərdir.[1]Aleksandr İşein
Cəmiyyətdə hakim olan xurafata zidd fikirləri sakitcə ifadə etməyə çox az adam qadirdir. İnsanların əksəriyyəti hətta belə bir fikir formalaşdıra bilmirlər. Albert Eynşteyn
Cəmiyyəti xoşbəxt, xalqı isə hətta öz acınacaqlı vəziyyətindən də razı salmaq üçün gərək böyük əksəriyyət cahil və yoxsul olsun. Bilik bizim arzularımızı genişləndirib artırır, odur ki, insanların arzusu nə qədər azdırsa, onun tələbatı da bir o qədər asanlıqla təmin edilə bilər. Karl Marks
Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
Dizaynerlər geyimin içindəki qadınları unudublar. Qadınların əksəriyyəti kişilər üçün geyinir və onlara heyran olmağı istəyir. Amma onlar paltarlarını cırmadan hərəkət etməli, maşına əyləşməlidir. Yəni geyim təbii olmalıdır. Koko Şanel
Düşüncələr qeyri-realdır. Hər gün ağlımızdan min cür fikir keçir. Onların əksəriyyəti qorxunc və neqativdir. Onlara inanmayın. Bu, sadəcə fikirlərdir, əgər onlara kömək etməsəniz, onlar heç vaxt gerçək olmayacaqlar. Barie Davenport
Düşünmək çətin bir sənətdir onun üçün əksəriyyət tək qərar verər. Karl Qustav Yunq
Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər. Dalay Lama
Həyat bir tələ, biz isə siçanlarıq. Bəziləri tələdəki yemi götürüb təhlükədən uzaqlaşa bilir, amma əksəriyyət tələdə məhv olur, tələdəki yemi ancaq iyləyə bilir. Lənət şeytana, çox axmaq bir komediyadır. Vissarion Belinski
Həyat heç vaxt ədalətli olmur- insanlar əksəriyyəti üçün həyatın ədalətsiz olmağı ən yaxşı haldır. Oskar Uayld
İnsan ağlının instinktlər qarşısında aciz olduğunu iddia edə bilərsiniz. Hətta bu iddianız haqlı çıxa da bilər. Ancaq həmin acizlikdə nəsə qəribəlik olduğunu qəbul etməlisiniz. Çünki hər nə qədər qulağa xoş gəlsə də, ağlın səsi ona söz verilənə kimi susmayacaq və saysız-hesabsız rədd cavabı aldıqdan sonra, nəhayət, müvəffəqiyyət qazanıb məqsədinə çatacaqdır. İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az "kamil" olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır. Ziqmund Freyd
İnsanlar azadlıq və xoşbəxtlik arasında seçim etməli idi. Və əksəriyyəti xoşbəxtliyi seçdi. Corc Oruell
İnsanların əksəriyyəti özlərini xoşbəxt hesab etdikləri qədər xoşbəxtdirlər. Avraam Linkoln
İnsanların əksəriyyəti üçün əsas maneə daxili dialoqdur. Bu hər şeyin açarıdır. İnsan onu dayandırmağa başladıqda hər şey mümkün olur. Hətta ən inanılmaz layihələr belə öz real əksini qazanır.Karlos Kastanyeda
Keçmişə nəzər salanda, ölüm yatağında olan bir qocanı xatırlayıram. O deyirdi ki, onun həyatı xoşagəlməz hadisələrlə dolu olub, amma onların əksəriyyəti baş tutmayıb. Uinston Çörçill
Kişilərin əksəriyyəti bütün şübhələri dağıda biləcək sevginin sübutlarını xahiş edirlər. Bədbəxtlikdən, qadınlar üçün belə sübutlar yoxdur. Stendal
Kişilərin əksəriyyəti pis, qəddardırlar və bu şübhəsizdir. Bütün qadınlar isə yaxşıdır, zərifdir və bu da şübhəsizdir. Amma az da olsa elə kişilər var ki, onların təmiz ürəyi, düzgün düşüncələri var və belə bir təmizliyi heç bir qadında tapa bilməzsiniz. Rəşad Nuri Güntəkin
Kişilərin əksəriyyəti skripka çalmağa cəhd edən oranqutanları xatırladır. Onore de Balzak
Mənəvi gərginlik olmasaydı, biz ruhani anlayışa malik olmazdıq. Sahib olduğumuz ruhani fikir, yəqin ki, kitablardan və ya insanların danışdıqlarını eşitməkdən gəlir. Biz buna mənəvi ideyalarımız və ideallarımız deyirik. Biz həyatımızı bunlarla bağlı yaşayırıq, lakin mənəvi gərginlik fikrinə çox da əhəmiyyət vermirik. Biz haradan bilirik ki, bu mənəvi ideyalar və ideallar sadəcə illüziya deyillər? Biz illüziyanı yalnız mənəvi gərginliyin qurulması nəticəsində yaranan mənəvi dərrakədən tanıya bilərik. Mənəvi gərginlik insanların əksəriyyətində həyatı boyu davamlı olmur. Bu, bizə verilən bir şey deyil və bir dəfə ona sahib olsaq, ona sahib oluruq. Davamlı olaraq bükülməyə ehtiyacı olan bir saata bənzəyir... Ruhani batareyalar da sarılır və meditasiyanın dəyəri budur ... Bencamin Xrem
Planetimizdə təqribən 6 milyard insan yaşayır. Əksəriyyət hər şeydən əvvəl maddi rahatlıqla maraqlanır, dini və spritual həyatla maraqlananların sayı çox azdır. Yəni inancsızlar əksəriyyəti təşkil edir, onların düşüncə və davranışları isə qaçılmaz olaraq dünyanın formalaşmasında həyati əhəmiyyətli rol oynayır. Şükürlər olsun ki, insan kimi hərəkət etmək üçün dinə ehtiyac yoxdur, sadəcə insan olmaq kifayətdir. Dalay Lama