Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.[1]İsa
Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır. Fridrix Nitsşe
Avaralıq və heç nə etməmə əxlaqsızlığa və xəstəliyə səbəb olur. Ağılın bir şeyə can atması isə həyatı möhkəmləndirməyə yönəlmiş gümrahlıq gətirir. Hippokrat
Ayağını yorğanına görə uzatmayan adam gec-tez əxlaqsızlığa yuvarlanar. Platon
Ədalətsizlik isə əxlaqsızlığın bir hissəsi yox, ümumiyyətlə əxlaqsızlığın özüdür. Aristotel
Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə siyasət meydanı sizin üçün bağlıdır. Oskar Uayld
Əxlaqsızlıq heyvani hissiyyatdır və burada heç bir poeziya ola bilməz. Çünki, poeziyaya düşüncənin insanı heyvana qədər alçaldan elementləri yox, yalnız ağıllı elementləri daxildir. Vissarion Belinski
Əxlaqsızlıq həmişə əxlaq libasına bürünməyi xoşlayır. Fridrix Nitsşe
Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib, rüsvayçılıqla yatağa gedir. Bencamin Franklin
Ən azı əxlaq qədər əxlaqsızlıq da dində yer alıb. Ziqmund Freyd
İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır. Oqust Rodin
Mənim hərəkətimin mənəvi dəyərə malik olması üçün onunla mənim inamım bağlanmış olmalıdır.Cəzadan öncə qorxunun insanı hansısa hərəkətə təhrik etməsi və ya hansısa insanın gözündə yaxşı görünmək üçün gorülən hərəkətlər-əxlaqsızlıqdır. Hegel
Millətlər pulsuzluqdan deyil, əxlaqsızlıqdan süqut edərlər. Mark Tulli Siseron