Ahəng
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ahəng musiqi yaradır. Fransız atalar sözləri
- Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bir dildə bəyan edir.Bir dil ki sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqs bağlayıbdır. Nəriman Nərimanov
D
redaktə- Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar.[1] Tur Xander
- Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. Əbu Turxan
- Dünyanı duya bilmək üçün onun ahənginə qatılmaq lazımdır. Əbu Turxan
Ə
redaktə- Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar
- Əslində sən bölünmüş deyilsən. Reallıqda sən ahəng içərisində olan bir bütövsən. Amma bir bütün olmadığını düşünməyə şərtləndirilmisən. Və əgər ruhi bir varlıq olmaq istəsən, bədəninlə mübarizə aparmaq lazım olduğun öyrədilib. Bədənini fəth etmək, onu məğlub etmək, yox etmək… Mümkün olan hər vasitəylə ona işgəncə verməyin lazımdır. Oşo
M
redaktə- Mənim qərarlarım nəzəriyyə və gizli bir daxili instinktin ahəngi əsasında qəbul edilir. Corc Soros
- Musiqiçilər lirada simlərin ahəngini kökləyir, lakin öz şəxsi xasiyyətləri ilə bacara bilmirlər. Sinoplu Diogen
O
redaktə- Ola bilsin ki, müasir bədbinliyimizin səbəbi tarixə iqtisadi həyatda fərdlər arasında, siyasətdə qruplar arasında, dində məzhəblər arasında, müharibədə dövlətlər arasında gərgin münaqişələr axını kimi baxmaq meylimizdir. Bu, tarixin daha dramatik tərəfidir; tarixçinin diqqətini və oxucunun marağını cəlb edir. Amma nifrətdən qaynar və qanla qaralmış o Missisipidən üz döndərib, çayın sahillərinə baxsaq, daha sakit, lakin daha ruhlandırıcı səhnələr görürük: uşaq böyüdən qadınlar, ev tikən kişilər, torpaqdan yemək götürən kəndlilər, həyatın rahatlığını yaradan sənətkarlar, bəzən müharibə əvəzinə sülh təşkil edən dövlət xadimləri, vəhşiləri vətəndaş kimi formalaşdıran müəllimlər, ahəng və ritmlə qəlblərimizi ram edən musiqiçilər, səbirlə bilik toplayan alimlər, həqiqəti axtaran filosoflar, sevginin hikmətini irəli sürən müqəddəslər. Tarix çox vaxt qanlı axının şəkli olmuşdur. Sivilizasiyanın tarixi banklarda baş verənlərin rekordudur. Vill Dürant
T
redaktə- Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır. Əbu Turxan