Aldadıcı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Böyük insanlar dağa bənzəyir: yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir. Kiçik insanlar isə ilğım kimidir: yaxınlaşdıqca nə qədər faydasız və aldadıcı olduğu üzə çıxır. Yohann Volfqanq Göte
Ə
redaktə- Əgər istedad illər keçdikcətəkmilləşirsə, deməli o, əsl sınaqdan çıxmışdır. O həqiqi və böyükdür: əgər ehtiras və həyat eşqinin çoxluğundan parlayırsa, onda əhəmiyyətsiz və aldadıcıdır. Lev Tolstoy
- Əslində, tarix bəşəriyyətin cinayətlərinin, aldadıcı hərəkətlərinin və bədbəxtliklərinin siyahısından çox azdır. Eduard Gibbon
G
redaktə- Görünüş ikiüzlü ola bilər, təbəssüm aldadıcı ola bilər, lakin bahalı zinət əşyaları heç vaxt aldatmaz. Delfina Jirarden
N
redaktə- Heç bir şey aydın olan faktlar qədər aldadıcı deyil. Artur Konan Doyl
X
redaktə- Xarici görünüş aldadıcı ola bilər. Latın atalar sözləri
İ
redaktə- İndi burada olmaq vacibdir. Keçmiş və gələcək yoxdur. Zaman çox aldadıcı bir şeydir. Artıq hər şey var. Keçmişdən təcrübə qazana bilərik, amma onu yenidən yaşaya bilmərik; və gələcəyə ümid edə bilərik, amma bunun olub olmayacağını bilmirik. Corc Harrison
- İnsan ümidi necə də aldadıcıdır! Mark Tulli Siseron
- İnsanın xarici görünüşü aldadıcı olur. Yapon atalar sözləri
O
redaktə- O yazarı dərin sayıram ki, onun nitqi məni uzun müddət faydalı düşüncələrə sövq edə bilir. Bu vurğuladığım şərt əsas şərtdir. Fərasətli kələkbaz və hətta dərin düşüncə donuna bürünməyə alışmış adam, əlaqəsiz sözlərin aldadıcı quraşdırmasının yalançı dərinliyini asanlıqla göstərməyi bacaran adamdır. Bizə elə gəlir ki, mənanı anlamağa çalışırıq, əslində isə biz onda yalnız məna axtarırıq. Bu müəlliflər, onların verdiyi məlumatdan daha çox bizi onda nələrisə artırmağa məcbur edirlər. Müəllif məcbur edir ki, oxucunun salındığı çaşqınlıq əsərin dərk edilməsinin çətinliyinə yozulsun. Dəftərlər
Ö
redaktə- Ömür qısa, sənət yolu uzun, əlverişli fürsət tezkeçən, təcrübə aldadıcı, fikir çətindir. Ona görə də nəinki həkimin özü hər şeydən istifadə etməli, eləcə də xəstə, onu əhatə edənlər, bütün xarici amillər həkimin fəaliyyətinə kömək etməlidir. Hippokrat
- Özü-özünü aldatmaq pis şeydir. Çünki, aldadıcı həmişə aldadılanın yanında olur.Platon
P
redaktə- Padşahlıq, krallıq, çarlıq öz aldadıcı əbədiliyi ilə ona yiyələni bədbəxtliyə düçar edir. Məgər Emilinin konsulluq müddəti başa çatdıqda onu bədbəxt zənn edən var idimi? Əksinə, hamı düşünürdü ki, o necə də xoşbəxt adamdır, çünki nə vaxtsa konsulluğa layiq görülüb, axı hamı bilirdi ki, konsulluq müvəqqətidir, əbədilik verilmir. Padşahlıq isə ömürlükdür, buna görə taxtından devrilmiş Perseyi hamı bədbəxt hesab edir, hətta onun bu fəlakətdən sonra intihar etməməsinə təəccüblənirdilər. Bir ağzı olduğu üçün kim əzab çəkir? Və bir gözü qalmış hansı insan əzab çəkmir? Çətin ki, üçüncü gözü olmadığı üçün kimsə dərd çəksin, ancaq hər iki gözü kor olmuş insanın əzabları sonsuzdur. Blez Paskal
S
redaktə- Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də. Ceyn Ostin
Y
redaktə- Yaralı bir eşqə şəfa verin - dərman aldadıcıdır; unutmaq istəyirsən, daha çox xatirlayırsan. Karpo Lope de Veqa