Azar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Azar batman-batman gələr. Azərbaycan atalar sözləri/A
- Azar batman-batman gələr, misqal-misqal çıxar. Azərbaycan atalar sözləri/A
- Azar da kasıbı tapar. Azərbaycan atalar sözləri/A
- Azar tənbəllikdən bezardır. Azərbaycan atalar sözləri/A
- Azarladım – ölmədim, üzüldüm–öldüm. Azərbaycan atalar sözləri/A
- Azarlı arvadı əri istəməz. Azərbaycan atalar sözləri/A
- Azarlı yanında armud yemə. Azərbaycan atalar sözləri/A
- Azarlıq olsun, bezarlıq olmasın. Azərbaycan atalar sözləri/A
- Azarlının qоrxusu ölənəcəndir. Azərbaycan atalar sözləri/A
B
redaktə- Başa yetməyən arzu, sağalmaz azar kimi əzab verər. Monqol atalar sözləri
- Bilikdən yaxşı dost yoxdur, azardan pis - düşmən. Hind atalar sözləri
- Bir evə üç nəfər üçün azar gəldi, hamı baxdı nökərin gözünə. Nökər dedi: "biri - mən, bəs qalanları". Kürd atalar sözləri
D
redaktə- Dabandan girən azar başdan çıxar. Tatar atalar sözləri
- Dığ-dığ adamı azara salar. Azərbaycan atalar sözləri/D
T
redaktə- Təəccüblüsü budur ki, müsəlman gərək hamıdan təmiz olsun. Halbuki hamıdan natəmizdir. Adamı yandıran budur. Həqiqətən də belə olur, kar, kor, keçəl, qotur, azar-bezar müsəlmanın içindən əl çəkmir. Üzeyir Hacıbəyli
- Tənbəllik azar artırar, işləmək canı saf eylər. Azərbaycan atalar sözləri/T