A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bağlılıq, qarşılıqsız ola bilər, dostluq isə heç vaxt. Jan Jak Russo
  • Bir din üçün ölmək bu dinin haqq və ilahi olduğunu sübut etmək demək deyil; bu, ən yaxşı halda şəhidlərin dinlərinin belə olduğuna inamını sübut edir. Din uğrunda ölümə gedən hər bir həvəskar yalnız sübut edir ki, dini fanatizm çox vaxt həyata bağlılıqdan daha güclü ola bilər. Pol Anri Holbax
  • Böyük ölülərə matəm lazım deyil, fikirlərinə bağlılıq lazımdır. Mustafa Kamal Atatürk
  • Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır. Xudu Məmmədov
  • Fənnin öyrənilməsi nəticəsində alınmış təhsili təcrübədə möhkəmləndirmək lazımdır. Vəziyyətindən asılı olmayaraq, hökmdardan şübhələnmək lazımdır. Yanınızda olan qızı bəlalardan qorumaq lazımdır. Təhsilə, hökmdara və gənc qıza bağlılıq keçicidir. Çanakya/Hökmdar
  • İnsanda yalnız iki bağlılıq olmalıdır: öz xanımına və qadın cinsinə. Çarlz Dikkens
  • Kasıb öz evinə ikrah hissi ilə yanaşır, varlı isə hətta bu dünyadan köçənlərə bağlılıq hissi keçirir. Çanakya
  • Kifayət qədər əsassız qısqanclıq, özünə, sevimli predmetinə bağlılıq hüququna hörmət etməyən miskin insanların xəstəliyidir. Onlarda heyvani eqoizmin pilləsində duran varlığın kiçik zülmü ifadə olunur. Vissarion Belinski
  • Kişi ilə qadın arasındakı münasibətlərdə ən çətin və ağrılı anlar qarşılıqlı bağlılığın gücdən və gözəllikdən uzaq olan xarici amillərə qurban verməkdir. Teodor Drayzer
  • Qadın və kişi arasındakı bağlılıq əvvəl illüziyadan başlayır. Siz dünyada hər şey haqqda eyni fikrə malik olduğunuzu düşünürsünüz. Aqata Kristi
  • Qadın və kişi arasındakı münasibətlərdə ən çətin və ən ağır dəqiqələr qarşılıqlı bağlılıq hissin gücündən və gözəlliyindən uzaq olan xarici şəraitə qurban verilməsidir. Teodor Drayzer
  • Qadın vəzifəcə, qəlbi və qanı ilə bir anadır. Ana sevgisi qədər müqəddəs və təmənnasız sevgi yoxdur. Hər cür bağlılıq, hər cür sevgi, ehtiras onunla müqayisədə ya zəifdir, ya da təmənnalıdır. Vissarion Belinski
  • Mən Hindistana bağlıyam və hər şey üçün ona borcluyam... Hindistana olan duyğularımı həyat yoldaşıma olan hisslərimlə bərabərləşdirib aydın ifadə edə bilmirəm. Dünyada heç bir qadın məni onun kimi həyəcanlandırmır. Ona görə yox ki, o mükəmməldir. Deyə bilərəm ki, onun qüsurları hətta mən gördüyümdən də çoxdur. Amma burada bir qırılmazlıq, bağlılıq hissi var. Bu hiss bütün səhvləri və məhdudiyyətləri ilə birlikdə induizmə də aiddir. Mahatma Qandi
  • Mükəmməl əsərlər nadirdir, çünki zövq və dahinin birləşdiyi xoşbəxt anlarda istehsal edilməlidir; və bu nadir bağlılıq, müəyyən planetlər kimi, yalnız bir neçə dövrənin inqilabından sonra baş verir və yalnız bir anlıq davam edir. Fransua-Rene de Şatobrian
  • Ruhunuzdan başqa düşmən yoxdur. Əsl düşmənlər sizin içinizdə yaşayır, o düşmənlər qəzəb, qürur, xəsislik, bağlılıq və nifrətdir. Vardhamana Mahavira
  • Sevgi ilk növbədə konkret bir insana münasibət deyil; insanın bir məhəbbət “obyektinə” deyil, bütövlükdə dünyaya münasibətini müəyyən edən münasibət, xarakter oriyentasiyasıdır. Bir insan yalnız bir başqa insanı sevirsə və digər həmyaşıdlarına biganədirsə, onun sevgisi sevgi deyil, simbiotik bir bağlılıq və ya genişlənmiş eqoizmdir. Bununla belə, insanların çoxu sevginin qabiliyyət tərəfindən deyil, obyekt tərəfindən qurulduğuna inanır. Erix Fromm
  • Yalnız bağlılıqla yaşamağa çalışsaq, bağlılıq “bizdən qisas alacaq”. Klayv Steyplz Lyuis
  • Yoldaşlıqdan daha müqəddəs bağlılıq yoxdur! Ata öz uşağını sevir, ana öz uşağını sevir, uşaq atanı və ananı sevir. Amma bu o deyil, qardaşlar! Heyvan da öz balasını sevir. Nikolay Qoqol

İstinadlar

redaktə