Cəfəngiyyat
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Avam insanın bilmədiyi şeyləri cəfəngiyyat hesab etməsi çox təsəlliverici haldır. Denis Fonvizin
B
redaktə- Beləliklə, rədd olsun qadınların o cəfəngiyyatı ki, vaxtından əvvəl ölmək bədbəxtlikdir! Hansı vaxtdan əvvəl? Təbiətin bizə verdiyi vaxtdan? Amma o, bizə vaxtını demədən, yalnız pul kimi istifadə etmək üçün həyat verib. Belə olan halda, o verdiyini geri qaytarmağı tələb edirsə, niyə şikayətlənirsən? Onun şərti əvvəldən belə olub. Mark Tulli Siseron
C
redaktə- Cəfəngiyyat dövrümüzün ən böyük sənayesidir. Alfred Nobel
D
redaktə- Dünyada yaşayan bütün varlıqlar içərisində yalnız insan cəfəngiyyat danışa bilir. Bunu edən insan bir gerçəyi göstərir: mən cəfəngiyyat danışıram, çünki mən insanam. Fyodor Dostoyevski
E
redaktə- Etiraf etməliyəm ki, hər şeyi Allahın iradəsinə tabe edən və hər şeyin ondan asılı olduğunu düşünənlər həqiqətdən Allahın hər şeyi xoşbəxtlik naminə etdiyini düşünənlərdən daha az yayınırlar. Sonuncular görünür ki, hesab edirlər ki, Allahdan kənarda ondan asılı olmayan, amma yaratdıqlarında ondan bir nümunə kimi istifadə etdiyi və məlum məqsədə can atdığı nə isə bir şey mövcuddur. Bu isə, əlbəttə ki, Allahı qismətə tabe etmək deməkdir. Allah haqqında bu qədər cəfəngiyyat bir fikir ola bilməz. Biz isə deyirik ki, bütün şeylərin varığının, eləcə də onların mahiyyətinin ilk və yeganə səbəbkarı Allahdır.
Ə
redaktə- Əgər mən hərfləri tanımadan oxumaq istəsəydim, bu cəfəngiyyat olardı. Bu qayda ilə, əgər mən şeylərin başlanğıcları haqqında təsəvvürə malik olmadan təbiət hadisələrini mühakimə etmək istəsəydim, bu da cəfəngiyyat olardı. Mixail Lomonosov
G
redaktə- Gimnastika tam bir cəfəngiyyatdır. Sağlam adama o lazım deyil, xəstə üçün isə zərərlidir. Henri Ford
H
redaktə- “Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın! Volter
M
redaktə- Məhəbbətdə isə qayda yoxdur. Dərslikləri əzbərləmək, ehtirası cilovlamaq, davranış strategiyası hazırlamaq olar – bütün bunlar cəfəngiyyatdır. Qərarı ürək verir, yalnız onun qərarı vacib və gərəklidir. Paulo Koelyo
N
redaktə- Nə cür cəfəngiyyat danışmağından asılı olmayaraq, bu cəfəngiyyatlarında həmişə acı bir həqiqət zərrəciyi olur. Salvador Dali
Y
redaktə- Yalana fəlsəfədə "cəfəngiyyat", ədəbiyyatda "metafora", siyasətdə "təbliğat", ticarətdə "reklam", jurnalistikada "xəbərlər" deyilir. Ducanə Cündioğlu
- Yazıçı olmaq çox da çətin deyil. Elə bir eybəcər, cəfəngiyyat yoxdur ki, özlərinə uyğun cütlük, oxucu tapmamış olsun. Anton Çexov