Ədalətin təbiəti tələb edir ki, mükafat və cəzada cidd-cəhd birtərəfli olmasın, haqsızlığa yol verilməsin, artıq-əskiklik baş verməsin, üzr gətirilməsin. Nəsirəddin Tusi
İncəsənət qısqancdır, o tələb edir ki, insan özünü bütünlüklə ona həsr etsin. Mikelancelo
İstedadsız adamlar, adətən, ən tələbkar tənqidçilərdir, özləri ən sadə şeyləri edə bilmədikləri halda başqalarından qeyri-mümkün şeyləri tələb edirlər. Vasili Klyuçevski
Tarixdə olduğu kimi elmdə də müəyyən inkişaf mərhələsi öz dahisini tələb edir. Müəyyən inkişaf dövrü, müvafiq düşüncə tərzinə malik insanlar tələb edir. Pyotr Kapitsa
Təcrübə ən yaxşı müəllimdir, amma heyf ki, adamdan çox yüksək haqq tələb edir. Tomas Karleyl