Adamları təhqiretmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda:
Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
Başqalarının səhvlərini birbaşa yox, dolaysı ilə göstərin.
Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin.
Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. “Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun”.
Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar. Deyl Karnegi
Ədəbiyyat – azad insan sözləri ilə ifadə olunur ki, bu da həm səs, həm lövhə, həm də müəyyən aydın ifadə olunmuş təfəkkürdür. Buna görə də ədəbiyyat incəsənət növlərinin bütün başqa ünsürlərinə malik olub, ayrılıqda onların hər birindən tamamilə istifadə etmiş olur. Ədəbiyyat bütün küll halında, incəsənətin tərkibindən ibarət olub, onun bütün cəhətlərini əhatə etməklə bərabər, bütün fərqlərini müəyyən və aydın bir şəkildə ehtiva edir. Vissarion Belinski
Özünüzü xəyallarınıza inanan pozitiv insanlarla əhatə edin. Motivasiyanızı azaltmağa və ambisiyalarınızı azaltmağa çalışan mənfi insanlardan özünüzü uzaqlaşdırın. Pozitiv insanların həyatınıza girməsi üçün yer yaradın. Özünüzü xəyallarınıza inanan, ideyalarınızı təşviq edən, ambisiyalarınızı dəstəkləyən və içinizdəki ən yaxşı cəhətləri ortaya çıxaran pozitiv insanlarla əhatə edin. Ürəkdəki işıq (Roy T. Bennettin əsəri)
Özünüzü tanımaq asan bir iş deyil. İnsanlar tez-tez öz yaxşı tərəflərini şişirdər, zəif cəhətlərini bağışlayar və zəif cəhətlərini güclü olaraq qiymətləndirərlər. Den Syaopin
Rus milli mədəniyyətində Lermontovun yeri Puşkinlə yanaşıdır. Şəxsən mənə Puşkinə olan böyük məhəbbətimə baxmayaraq, Lermontovun yaradıcılığı daha yaxındır. Lermontov ədəbi irsinin müasir cəmiyyət üçün əhəmiyyəti başqa cəhətləri ilə bərabər, bir də bundadır ki, o, mənsub olduğu cəmiyyətin keçmiş, indiki və gələcək günlərini həqiqi bir sənətkar kimi oxumağı bacarırdı.
Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır; deməli, hər bir səhnə əsərində əxlaqi ünsürdən başqa, bədii ünsür də olmalıdır; musiqi əsərində bədiilik ünsürü musiqi ilə ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə; səhnə sənətinin hər iki sahəsinin kütlə üçün zəruri olduğu burdan irəli gəlir. Üzeyir Hacıbəyli
Tənqid, ittiham etdiyi şeylərdə pis olan cəhətləri göstərəndə effektli olar. Lev Tolstoy
Yaxşı adamlarla uşaqlar arasında ümumi cəhətlər var — onların heç birini məyus etmək olmaz. Uilyam Qoldinq
Yunanlar real və ya mifik həyatları ilə bağlı iki anlayışı ifadə edən iki fiqur verdilər: Platon və Uliss. Birinin tanrılarla, digərinin isə tülkülərlə ortaq cəhətləri var. Alfred Norz Vaythed