Darı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ac donuz darıdan çıxmaz. Azərbaycan atalar sözləri/A
- Ac toyuq yuxusunda darı görər. Azərbaycan atalar sözləri/A
- Aclıqda darı çörəyi halvadan şirin olar. Azərbaycan atalar sözləri/A
- Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı darı xırmanı. Azərbaycan atalar sözləri/A
B
redaktə- Bildirçinin bəyliyi darı sovrulanaacandır. Azərbaycan atalar sözləri/B
- Bilsəydim atın öldüyünü, qulağı dolusu darıya satardım. Azərbaycan atalar sözləri/B
D
redaktə- Darıya girən donuz payanı özünə qəbul eylər. Azərbaycan atalar sözləri/D
E
redaktə- Evdarlığı olmayanın qazancı darı, anbarı səbət olar. Talış atalar sözləri
İ
redaktə- İlanı sən tut, mən gözünə darı salım. Azərbaycan atalar sözləri/İ
- İnsan elə gün olur dağ qaldırır, elə gün də olur darı qaldıra bilmir. Türk atalar sözləri
K
redaktə- Kiş-kiş ilə donuz darıdan çıxmaz. Azərbaycan atalar sözləri/K
Q
redaktə- Qazandığın darı olsun, çuvalın səbət?! Azərbaycan atalar sözləri/Q
P
redaktə- Pişiklə donuz darıdan çıxmaz. Azərbaycan atalar sözləri/P
S
redaktə- Sərçədən qorxan gərək darı əkməsin. Azərbaycan atalar sözləri/S