Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
Aristokratiya və demokratiya, tərbiyəsi, vəziyyəti və davranışı ilə fərqlənən bacılardır. Pyer Büast
Bir millətin xüsusiyyəti onun zahirdəki davranışları ilə ortaya çıxır. Yohann Volfqanq Göte
Boş yerə deyil ki, qadın sədaqətinə olduqca böyük əhəmiyyət verilir! İctimai xoşbəxtlik, ictimai bədbəxtlk onların davranışları ilə əlaqədardır. Ailədə cənnət və cəhənnəm mütləq olaraq qadın haqqında şaiyələrdən yaranır, şaiyə isə yalnız onların özlərindən asılıdır. Per Oqyusten Karon Bomarşe
Dövlətin baş hakimi yaxşı mənşəyə, yaxşı davranış tərzinə və xarakterə malik olmaqla bərabər, eyni zamanda səlahiyyətli bir hüquqşünas və təcrübəli müstəntiq olmalıdır. Çanakya
Düşüncə ilə davranış arasında məsafə yoxdur. Uinston Çörçill
Gəncə gözəl, bərəkətli, abad və cəmiyyəti çox olan şəhərdir. Onun əhalisi comərddir, bəyənilmiş və pak adətlərə yiyələnmişlər. Davranışları xoşdur. Qəribləri sevirlər. Alimləri dost tururlar.[1]İbn Havqəl
Hökmdar vətəndaşlar üçün müəyyən davranış normaları müəyyən etməli, həmçinin vətəndaşların təhlükəsizliyi və daxili dayaqlarının qayğısına qalacaq müşavirləri və nazirləri təyin etməlidir. Çanakya
İnsanın cinsi mövzularda nümayiş etdirdiyi davranışlar onun həyatındakı digər davranış qəliblərinin demo-nümunəsidir. Ziqmund Freyd
İnsanlar bir-biri ilə sıx ünsiyyət qurduqda, davranışları soyuq bir qış gecəsində isinməyə çalışan donuzlara bənzəyir. Soyuqdurlar, bir-birinə yapışırlar, amma bunu nə qədər çətindirlərsə, uzun iynələri ilə bir-birlərini daha çox sancırlar. Dağıtmaq üçün enjeksiyonların ağrısı səbəbindən məcbur olduqları üçün yenidən soyuqdan bir araya gəlirlər və buna görə - bütün gecə. Artur Şopenhauer
İnsanlar qəribə seçimlər etdiyimi deyirlər, amma mənim üçün qəribə deyil. Xəstəliyim odur ki, məni insan davranışları, səthin altında olanlar, insanların daxilindəki dünyalar valeh edir.Conni Depp
İt döyüşündə davranış qaydaları: qoy sizin gizli acımanız zəifin tərəfində olsun. Çünki, bu, comərdlikdir. Amma pulunuzu güclüyə qoyun. Çünki, bu sizin biznesinizdir. Mark Tven
Məhəbbətdə isə qayda yoxdur. Dərslikləri əzbərləmək, ehtirası cilovlamaq, davranış strategiyası hazırlamaq olar – bütün bunlar cəfəngiyyatdır. Qərarı ürək verir, yalnız onun qərarı vacib və gərəklidir. Paulo Koelyo
Planetimizdə təqribən 6 milyard insan yaşayır. Əksəriyyət hər şeydən əvvəl maddi rahatlıqla maraqlanır, dini və spritual həyatla maraqlananların sayı çox azdır. Yəni inancsızlar əksəriyyəti təşkil edir, onların düşüncə və davranışları isə qaçılmaz olaraq dünyanın formalaşmasında həyati əhəmiyyətli rol oynayır. Şükürlər olsun ki, insan kimi hərəkət etmək üçün dinə ehtiyac yoxdur, sadəcə insan olmaq kifayətdir. Dalay Lama